İranda daha bir nəfər edam edilib
14 Aprel 2013 08:11 Güneyİranda 1 nəfər edam edilib. APA-nın məlumatına görə, 30 yaşlı, ailəli, iki uşaq atası Ümid Şücai adlı məhbus Bəndər Abbas şəhərinin həbsxanasında asılaraq edam edilib. Məhbus həmin zindanda 4 il həbs cəzası çəkib.Hazırda Bəndər Abbas həbsxanasında daha 100 məhbus edam olunacağı günü gözləyir.Xatırladaq ki, "Amnesty İnternational" təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Lakin rəsmi İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31