İranda 3 günlük matəm elan olunub
Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb
10 Aprel 2013 07:07 Güneyİranın Kaki şəhərində baş vermiş zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb. Bu barədə "Trend" "Fars" agentliyinə istinadən məlumat verir. Məlumata görə, Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. Kaki şəhərinin Bağan kəndi tamamilə dağılıb.Buşəhr vilayətinin rəhbəri Firudin Həsənvənd bildirib ki, ötən iki saat yarım ərzində hər birinin gücü 4,2 bal olan 30-dan çox təkan baş verib. Zəlzələ nəticəsində Buşəhr vilayətində ümumilikdə 850 nəfər xəsarət alıb, onlardan 70-nin vəziyyəti ağırdır. Qonşu 4 vilayətdən xilasetmə qüvvələri cəlb olunub.Bundan başqa, İran KİV-in məlumatına görə, zəlzələ nəticəsində dağın bir hissəsi parçalanaraq Şonbeh şəhərinə düşüb. Daha güclü dağıntıların məhz bu şəhərdə olduğu bildirilir. ILNA agentliyinin məlumatına görə, Tasuc da zəlzələdən ən çox ziyan görən şəhərlərdəndir. Artıq zəlzələdən zərər çəkmiş Buşəhr vilayətinə xilasedicilər göndərilib.Birinci zəlzələnin gücü 6,1 bal təşkil edib. Bundan sonra 5 bal gücündə təkrar təkanlar qeydə alınıb."Buşəhr" AES-in layihə rəhbəri Mahmud Cəfəri bildirib ki, zəlzələ stansiyanın işinə heç bir təsir etməyib: "Belə ki, zəlzələ AES-dən 100 km-dən çox məsafədə baş verib, həmçinin stansiyanın 8 bal gücündə zəlzələyə davamlılığı var".İranın ali lideri Ayatullah Əli Xamenei Buşəhrdə baş verən zəlzələ ilə bağlı bəyanat verib. O, ölkədəki bütün hüquq-mühafizə və hərbi qüvvələri zərzələdən zərərçəkmiş bölgələrdə xilasetmə işinə səfərbər edib. İranın ali lideri hadisə nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.Ayatullah Əli Xameneinin Buşəhr üzrə nümayənəsi Ayatullah Ulaməli Səfai isə sabahdan zəlzələ ilə bağlı 3 günlük matəm elan olunduğunu deyib.