İranda siyasi məhbus aclığa başlayıb
9 Aprel 2013 13:59 GüneyMarağa həbsxanasında saxlanan Güney Azərbaycan mədəni fəalı Mehdi Kuxiyan aclıq aksıyasına başlayıb. Ankarada yaşayan milli fəal Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, Mehdi Kuxiyan bu barədə ailəsinə telefonla bildirib. Milli fəal bu aksiyanın səbəbini onunla birlikdə həbsdə olan dostu Oqtay Vəlizadənin 8 il həbs qərarına, həbsxana yetkililərinin milli fəala tibbi və təcili yardım göstərməmələrinə və məhkəmənin bunların müvəqqəti olaraq azadlıqa buraxılması üçün indiyə kimi bir qərar verməməsinə etiraz olaraq aclıq edir. Qeyd edək ki, keçən həftə məmurlar milli fəalı təhqiramiz şəkildə ayağı qandallı halda həkimə aparıblar.
Keçən həftə Marağa inqilab məhkəməsi Abbas (Oqtay) Vəlizadəni 9 il və Mehdi Kuxiyanı 1 il həbs cəzasına məhkum etmişdi. Milli fəallar İran rejiminin əleyhinə təbliğat aparmaqda, İran hökumətinin dini lideri Əli Xameneyini təhqir etməkdə ittiham olunublar.