Güneyli fəallara 9 il iş verilib

Güney Azərbaycanın milli mədəni fəalları Marağa şəhərinin inqilab məhkəməsinin birinci şöbəsi tərəfindən ağır həbs cəzasına məhkum ediliblər. Mehdi Kuxiyan və Abbas (Oxtay) Vəlizadə yə cəmi 9 il iş verilib. Ankarada yaşayan güneyli fəal Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, Mehdi Kuxiyan 1 il və Abbas Vəlizadə isə 8 il əgər qərar Apellyasiya Məhkəməsində təsdiqlənirsə ömürlərini həbsdə keçirəcəklər. 
Milli fəallar İran dövlətinin əleyhinə təbliğat aparmaqda və dini inanclara qarşı və Ali dini lider Əli Xameniyeyə qarşı təhqiramiz ifadələrlə çıxış etməkdə günahlandırılıblar. Halbuki Milli fəallar mədəni və siyasi fəaliyyətləri üçün və İran rejimini tənqid etmək üçün bu qərarı alıblar. 
Qeyd etməliyik ki, Mehdi Kuxiyan və Abbas Vəlizadə geçən il 30 dekabr 2012-ci il tarixində ETTELAAT məmurları tərəfindən tutulub və bir neçə müddət təkadamliq kamerada ağır işkəncələr vəziyyətində saxlanıldıqdan sonra girovla müvəqqəti olaraq azadlığa buraxılmışdılar. 
Milli fəalların vəkil görəvini xanım Fatimə Səttari öz öhdəsinə götürmüşdü.      

Qeyd edək ki, İranda inqilab məhkəməsi formal bir məhkəmədi və qərarlar ETTELAAT və SEPAH tərəfindən hakimlərə diktə olunur və məhkəmə yetkililəri bu 2 dövlət orqanının əmrini yerinə yetirmək məcburiyyətindədilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31