Həbsdə olan milli fəalın səhhəti pisləşib

Mehdi Kuxiyanın böyrəyində problem yaranıb

Marağa həbsxanasında saxlanan Güney Azərbaycan milli və mədəni fəalı Mehdi Kuxiyanın səhhəti pisləşib. Güneyli siyasi fəal Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, Mehdi Kuxiyan ETTELAAT idarəsində verilən işgəncələr nəticəsində böyrək xəstəliyinə tutulub və həbsxana yetkililəri və orda olan növbətçi hakim milli fəalın müalicə olunmasına imkan vermir. Hazırda milli fəalın vəziyyəti ağır olaraq qalır və qıdalanma sistemi xəstəlikdən dolayı pozulub. Qeyd edək ki, Mehdi Kuxiyan, milli fəal Abbas Vəlizadə ilə birlikdə keçən il dekabır ayının 30-da Güney Azərbaycanın Məlikan şəhərində ETTELAAT əməkdaşları tərəfindən tutulub və 40 gündən çox ağır işkəncələr və çətin şəraitdən sonra Marağa şəhərinin həbsxanasına köçürülmüşdülər.
Böyrək xəstəliyindən əlavə Mehdi Kuxiyan xərçəng xəstəliyindən də əziyyət çəkir, ancaq ona heç bir tibbi yardım göstərilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31