“Televiziyalar milli ruhu öldürür”

Yasəmən Qaraqoyunlu: “Elə etməliyik ki, Azərbaycan həqiqətən də türk dünyasının mərkəzinə çevrilsin”

"İran Güney Azərbaycan Milli Hərəkatını, milli kimlik mübarizəsini boğur. Lakin Quzey Azərbaycanın da güney hərəkatına yönəlik siyasəti bəlli deyil". Bunu Bakıda keçirilən "Çağdaş Güney Azərbaycanın sabahı" adlı konfransda tədqiqatçı alim Yasəmən Qaraqoyunlu deyib. Onun fikrincə, televiziyaların şou-biznes proqramları gənclərdə milli şüurun oyanmasına imkan vermir: "Televiziyaların Güneyə böyük təsiri var. Ancaq onlar üzərlərinə düşən missiyanı yerinə yetirmirlər. Televiziyalar milli ruhu öldürür. Dilimizin adı, millətimizin adı güneydə milli kimlik mübarizəsi aparan soydaşlarımızda çaş-başlıq yaradır". Azərbaycanda  məzhəb probleminin olduğunu deyən Yasəmən Qaraqoyunlu hesab edir ki, islahatlar aparmaq və xalqı İran mollalarının təsirindən qurtarmaq lazımdır: "Coğrafi baxımdan Azərbaycan Turanın ortasında yerləşir. Elə etməliyik ki, Azərbaycan həqiqətən də türk dünyasının mərkəzinə çevrilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31