“Biz İrana sahib olmalıyıq”

Xaliq Bahadır: “Azərbaycan ruslarla-farslar arasında deyil, ruslarla türklər arasında bölünüb”

"Güney Azərbaycan Milli Hərəkatında iki xətt var. Güneyin istiqlalı və İran daxilində türk hegemonluğu. Biz ortaq məxrəcə gəlməliyik". Bu fikirləri Bakıda keçirilən "Çağdaş Güney Azərbaycanın sabahı" adlı konfransda publisist Xaliq Bahadır səsləndirib. Onun fikrincə, azrəbaycanlılar tarixən İran üçün döyüşüb, İranı qoruyublar, bu gün İrandan imtina etmək olmaz: "Çəkinmədən demək lazımdır ki, İran bizim dövlətdir. Azərbaycan ruslarla-farslar arasında deyil, ruslarla türklər arasında bölünüb. O müqaviləyə özümüz imza atmışıq. Biz İrana sahib olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31