Nəsib Nəsibli: “Güneydə Milli Hərəkat “Traktor” mərhələsindədir”

"Güney Azərbaycanda milli şüurun oyanışı prosesi davam edir. Artıq millətin xeyli hissəsi milli kimliyini dərk edir". Bunu Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli deyib. Onun fikrincə, Milli Hərəkat ideyası bütün Güney Azərbaycana yayılmasa belə bu, inqilabın qarşısını ala bilməz: "İnqilabı heç zaman çoxluq eləmir. Passionar azlıq irəli düşür, millətin qalan hissəsini də ardınca aparır. Molla rejimi Bəzz qalasına yürüşlərin qarşısını aldı, ancaq Milli Hərəkat öz sözünü stadionlarda deyir. Milli Hərəkatın "Traktor" mərhələsi başlanıb. Güney Milli Hərəkatına təhlükənin daim şimaldan gəldiyini deyən Nəsib Nəsiblinin fikrincə, hətta Şəriətmədarinin geri çəkilməsinə səbəb də Sovet qoşunlarının Əfqanıstana daxil olması idi. Milli Hərəkatın təşkilati və maddi baxımdan axsadığını deyən sabiq səfir bildirib ki, bununla belə müsbət tendensiyalar da var. Onun fikrincə, əvvəllər İranda milli məsələ yalnız fars-türk qarşıdurması idisə, bu gün kürdlər, bəluçlar və ərəblər də öz milli haqqlarını tələb edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31