Paniranizm böhran dövrünü yaşayır

"İranda Azərbaycan türklərinin öncüllüyü ilə 4 inqilab baş verib, ancaq heç birində milli məsələ həllini tapmayıb. Çünki inqilablar milli xarakterli deyildi". Bu açıqlama ilə Cənubi Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə keçirilən "Çağdaş Güney Azərbaycanın sabahı" adlı konfransda tarix elmləri doktoru Nəsib Nəsibli çıxış edib. Onun firkincə, azərbaycanlılar daim proseslərin önündə getsə də, passionar qüvvə olsa da, sonda prosesdən uduşla çıxan farslar olub: "Səttarxan, Xiyabani hərəkatları milli xarakterli deyildi, hədəf İranın bütövlüyü idi. Islam inqilabı zamanı da eyni proseslər təkrarlandı. Azərbaycanlı inqilab liderlərindən biri Şəritəmədarinin qətiyyətsizliyi və İrançılığı sonda türklər üçün acı nəticələrə gətirib çıxardı". Nəsib Nəsibli deyib ki, Milli Hərəkatın güclənməsi üçün məzhəb məsələsi həllini tapmalıdır. Onun fikrincə, Güneydə müşahidə edilən sevindirici proseslərdən biri gənclərin məzhəbçilikdən uzaqlaşmasıdır: "Məzhəb aludəçiliyindən uzaqlaşmaq yaxşı tendensiyadır. Güneydə gənclər tarixi bizdən daha sevgi ilə öyrənir, öz milli keçmişləri ilə fəxr edirlər. Hətta gənclər farslara deyir ki, siz Əfqanıstandan gəlməsiz, bura türk torpaqlarıdır. Bu tendensiyanın yayılması doktor Zehtabinin xidmətləridir". Nəsib Nəsibli deyib ki, paniranizm böhran dövrünü yaşayır və artıq məzhəbçiliklə İranı xalqlarını bir arada tutmaq mümkün olmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31