ETTELAAT “İşıq” kitab mağazasını bağlayıb

Molla rejimi türk dilində kitab satışına icazə vermir

Güney Azərbaycanın Binab şəhərində türk dilində  kitablar satan "İşıq" adlı kitab mağazası ETTELAAT tərəfindən bağlanıb. Güneyli fəal Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, ETTELAAT əməkdaşları məhkəmənin buna qərarı olmadan zorla mağazanın qapısını möhürləyiblər.  "İşıq" kitab mağazası bu şəhərin ən məşhur kitab satış yeriydi. Bu mağazada Azərbaycan türklərinin ana dilində kitab satıldıqı üçün əhali arasında bu mağazadan kitab almağa maraq çoxumuş və xalqın oyanışında böyük rolu varmış. Bu səbəbdən dolayı şovinist rejimin amilləri bu kitab satış yerini bağlayıblar.
Təkcə Binab şəhəri deyil, Güney Azərbaycanın bir çox yerlərində türk dilində kitab satışına icazə verilmir və hətta market və iş yerlərinin adı türkcə olanda İran rejiminin təhlükəsizlik orqanları tərəfindən onların sahiblərinə qarşı təzyiqlər həyata keçirilir və sonunda iş yeri qanunsuzcasına və zorakılıqla bağlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31