GAMOH ümüdləri doğrultmur?

GAMOH üzvləri təşkilatı nə üçün tərk edir?

Güney Azərbaycan Milli Oyanış Hərəkatı-GAMOH-un bir qrup üzvü təşkilatdan ayrılıb. Təşkilatın artıq keçmiş üzvləri qurumdan ayrılma səbəblərini təəssüflə belə açıqlayıb.
"Məlumdur ki, GAMOH təşkilatı Güney Azərbaycan Türk xalqının içindən yaranan kök təşkilatıdır. Nə yazıq ki, təşkilatın gəldiyi indiki vəziyyət 1995-ci ildə xalqımızın-bir çox adsız igidlərimizin GAMOH təşkilatına verdiyi dəyərlər müqabilində qurumun   ümummilli borcunu yetərincə yerinə yetirmədiyini göstərir. 
Biz inanırıq ki, GAMOH-a illərdir verilən qarşılıqsız əməklər, çalışmalar doğru-düzgün idarə olunsaydı, istər təşkilat içərisində,  Güney Azərbaycanın milli-siyasi təşkilatları arasında, istərsə də bölgə münasibətlərində milli çıxarlarımız istiqamətində duyğusallıq əvəzinə həqiqi siyasət həyata keçirilsəydi,  təşkilat içərisində bugünkü dağınıqlıq, bölünmələr yaranmazdı. Beləliklə də, Milli Hərakatın gücü birlikdə İranın diktator  rejiminə qarşı toplana bilərdi.  
Nə yazıq ki, bu vəziyyətin düzələcəyini düşünsək də, əksinə olmuşdur. Təşkilat gələcəyə istiqamətlənmiş güclü çalışmalar aparmaq, çarələr tapmaq əvəzinə, dar çərçivədə daxili mübarizələr, dedi-qodularla məşğul olmaqla güc itiririr.
Təəssüflə 18 ildən çox uğrunda baş qoyduğumuz, sevgiylə əmək verdiyimiz GAMOH təşkilatından ayrılmaq məcburiyyətində qaldığımızı bildiririk.
  Qeyd etməliyik ki, bizim ayrılmağımız Milli Hərakatdan, Güney Azərbaycan xalqının qurtuluşu yolundakı müqəddəs mübarizədən çəkilmək deyil.
Azərbaycan Türk xalqının əleyhinə olanları sevindirməmək üçün hələlik GAMOH təşkilatından ayrılma səbəbləri açıqlanmayacaq.
Güney Azərbaycan Milli Oyanış Hərakatı-GAMOH  rəhbəri  hörmətli Dr.Çağrı Çöhrəqanlı başda olmaqla, qurumun    cavabdeh şəxslərinin bundan sonrakı addımlarında bütün dəyərli üzvlərinə qarşı daha diqqətli olacaqlarını ümüd edirik və Güney Azərbaycan Türk Ulusunun qurtuluşu yolunda uğurlar diləyirik.

Hörmətlə, GAMOH-un Kanada təmsilçisi Elyar Təbrizli, GAMOH İnsan Haqları Komisyoni cavabdehi Leyla Mola,
GAMOH-Stokholm nümayəndəsi Hüseyn Təbrizli,  GAMOH-un Finlandiya üzvü Ərsalan Kamrani, GAMOH Şimali Azərbaycan üzvü Hatəm Şahsevən,  GAMOH YQ üzvü, UNPO cavabdehi, Finlandiya təmsilçisi, Dr.Çöhrəqanlının siyasi danışmanı Aydın Qaraxanlı"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31