İranlı diplomatdan gözlənilən etiraf: “Ermənilərə yardım etmişik...”
11 Mart 2013 10:21 Güneyİran Qarabağ müharibəsi zamanı Qarabağda döyüşən erməni silahlı qruplaşmalarına yardım edib.APA-nın məlumatına görə, bu barədə İranın nüfuzlu saytlarından olan "İrdiplomacy" yazıb.Məqalədə adı çəkilməyən İran diplomatı Azərbaycanın Qarabağı geri almaq istədiyini, bunun üçün müharibə apardığını deyib: "Amma məqsədinə nail ola bilmədi. O savaşda İran Qarabağdakı erməni silahlılarını himayə etdi. Bu isə Bakı ilə Tehran arasında ixtilafın yaranmasına səbəb oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31