Metro çökdü: 2 ölü

İranın paytaxtı Tehranda metro tuneli uçub

Milli.Az İRNA-ya istinadən bildirir ki, tuneldə 4 nəfərin qaldığı bildirilir. Onların ikisinin həlak olmasına şübhə yoxdur.Faciə dünən yerli vaxtla 22.00 radələrində "Mulevi" stansiyasının yaxınlığındakı "Vəhab dərviş" tunelində baş verib.Şəhərin xilasetmə xidmətləri tunelin çökdüyü yerdə çalışırlar.İlkin məlumatlara görə, çökmüş tuneldə qalanlar "Mulevi" stansiyasından yeni yeraltı keçidin inşaatında çalışanlardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31