Məhəmməd Cahangirzadənin vəziyyəti pisləşib
İran rejimi Güney türklərinə qarşı təzyiqlərini davam etdirir
15 Fevral 2013 13:19 Güneyİran şovinist rejiminin Güney Azərbaycan Türklərinə qarşı həyata keçirdiyi təzyiqlər devam edir. "OLAYLAR"ın məlumatına görə, Güney Azərbaycanın milli fəallarından olan Davud Əzimzadə, Həsən Erk, Əziz Purvəli, Höccətül İslam Əbdüləziz Əzimi-Qədim, Dr. Araz Qarabağlı (Lətif Həsəni), Yürüş Mehr Əlibeyli (Ayət Mehr Əli Beyglu), Məhəndis Mahmud Fəzli, Məhəndis Şəhram Radmehr, Mehdi Kuxiyan, Mehdi Həmidi, Məhəndis Əhməd Riyazi, Bəhmən Xaliqi, Cavid Hütənkiya, Məhmməd Cərrahi, Şahrux Zamani, Əmir Çəməni, Mənijə Bəhluli, Hüseyn Məliki Ronəqi, Elman Nuri, Yunus Ağayan, Fərdin Muradpur, Səid Mətinpur, İrəc Məhəmmədi, Ümid Kokəbi, Şəhram Dadaşi ayrı-ayrılıqda Təbriz, Kərəc, Sofyan, Xiyav ve digər bəzı yerlərdə gözaltına alınıblar.
Digər tərəfdən də Milli Hərakatın tanınan simalarından Məhəmməd Türkmən (Məhəmməd Cahangirzadə), təxminən iyirmi bir aydır ki, Təbriz zindanında həbsdə saxlanılır. M.Cahangirzadə işğal altında olan Dağlıq Qarabağ torpaklarında guya İran ve Ermənistan əleyinə məlumatlar toplamaq və Azərbaycan tərəfinə çatdırmaqda günahlandırılır. Məlumata görə, hazırda M.Cahangirzadənin sağlamlığında ciddi problemlər yaranıb.
Qeyd edək ki, ölkədən kənarda yaşayan Güney Azərbaycanlı ziyalılar, yazıçılar, hüquq müdafiəçiləri həmvətənlərinin təhlükəsizlik və sağlamlıqlarından narahatlıq duyur, Türk millətinə qarşı xain hücumları və qorxutmaq məqsədi daşıyan son həbsləri şiddətlə qınayır və onların dərhal sərbəst buraxılmalarını tələb edirlər.