Güneyli fəala işgəncə verilib
Davud Əzimzadənin dişləri sındırılıb
14 Fevral 2013 15:06 GüneyGüney Azərbaycanlı siyasi fəallara təzyiqlər davam edir. Güneyli hüquq müdafiəçisi Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, Güney Azərbaycanlı milli və mədəni fəal Davud Əzimzadə Təbriz ETTELAAT idarəsinin təcridxanasında ağır vəziyyətdə işkəncəyə məruz qalıb. İşkəncə zamanı milli fəalın dişləri sındırlıb və bədəninin bir çox yeri ciddi xəsarət alıb. Davud Əzimzadə 13 yanvar 2013 tarixində Marağa şəhərində şəxsi mənzilində ETTELAAT agentləri tərəfindən tutulub. Tutulduğu zamandan 4 gün sonra Marağadan Təbriz ETTELAAT mərkəzinə göndərilmişdi. Bir neçə gün qabaq ETTELAAT idarəsində məmurlar tərəfindən pis vəziyyətdə döyülüb və ağzı-burnu yaralanıb və dişləri sınıb.
Davud Əzimzadə indiyə kimi bir neçə dəfə həbs edilib. Davud bəy İran-İraq müharibəsində neçə il Səddam Hüseyn rejiminə qarşı savaşda iştirak edib və müharibədə yaralanan könüllü əsgərlərdəndi. Milli fəal yanvar ayında Marağa şəhərində İran dövlətinin Ermənistan dövlətinə qarşı çıxaraq İran dövlətinin Azərbaycana qarşı bu əməlini pisləyərək məhkum etmişdi.