İranda narkotik qaçaqmalçıları edam olunub

Bu gün İranın Əraq şəhərinin mərkəzi həbsxanasında 2 nəfər edam olunub. Bu barədə Trend İranın "Mehr" agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, həmin şəxslər narkotik qaçaqmalçılığında ittiham olunaraq edam cəzasına məhkum ediliblər.
Qeyd edək ki, 2012-ci ilin oktyabr-noyabr aylarında Tehranda narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə 20 nəfər, dekabrda isə 5 nəfər edam olunub. Beynəlxalq KİV-in məlumatına görə, ötən il İranda 587 nəfər edam edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31