Təbrizli fəal azadlığa buraxılıb

Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə bir ay əvvəl tutulub həbsə salınan təbrizli fəal Məhəmməd Xətibi şərti azadlığa buraxılıb.

"Media forum" saytının məlumatına görə, Məhəmməd Xətibinin şərti azadlığa buraxılması ailəsinin qoyduğu 50 milyon tümənlik mülk girovu qarşılığında mümkün olub.

ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Məhəmməd Xətibini 2013-cü il yanvarın 9-da atasının mənzilində tutub aparmışdılar. Təbrizli fəal İranın dövlət quruluşuna qarşı təbliğatda günahlandırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31