İranda azərbaycanlı din alimindən xəbər yoxdur
Yaxınları 40 gündür Əzim Qədimi ilə əlaqə saxlaya bilmir
8 Fevral 2013 16:17 GüneyGüney Azərbaycanlı din alimi, ruhani Əbduləziz Əzimi Qədimidən 40 gündən çoxdu heç bir məlumat yoxdu. Əzimi Qədim din alimi olmasına baxmayaraq, Azərbaycanın tanınmış milli və siyasi fəallarından sayılır. Azərbaycalı alim 7 dekabr 2013-cü ildə Marağa şəhərində Şərqi Azərbaycan valisinin Ermənistanla bağlı siyasətlərinə etiraz əlaməti olaraq mill fəallar tərəfindən təşkil olunan etiraz aksıyasında İran hakimiyyətinin anti-Azərbaycan siyasətinə qarşı çıxış etdiyi üçün ETTELAAT tərəfindən tutularaq həbs edilib. Ankarada yaşayan güneyli hüquq müdafiəçisi Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, həbs edildikdən 1 gün sonra ailəsinə zəng açıb Təbrizin ETTELAAT idarəsinin təkadamlıq kamerasında həbs olunduğunu söyləyib. Cənab Əzimi Qədim həbs olunduqdan sonra Azərbaycan milli fəalları Təbriz şəhərində divarlara şuarlar yazıblar və azərbaycanlı alimin azadlığa buraxılmasını hakimiyyətdən tələb ediblər. Sosial şəbəkələrdə bu şuarların şəkilləri yayınlanıb. Qeyd edək ki, Əbduləziz Əzimi Qədim indiyə kimi bir neçə dəfə tutulub və hakimiyyətin təhlükəsizlik orqanları tərəfindən şiddətlə cəzalandırılıb. 27 iyul 2005-ci il tarixində Məşrutə hərəkatının ildönümü mərasimində Təbrizdə tutulub, 3 ay müvəqqəti həbsdən sonra zaminə buraxılmışdı. Mollalara aid olan məhkəmə milli fəalı 18 ay həbs cəzasına və 5 il Azərbaycan torpaqlarından sürgün edilməsinə qərar vermişdi və 10 il müddətində mollalıqdan çıxarılmışdı və bu qərara istinadən cənab Əzimi ümumi məkanlarda molla paltarında ola bilməzdi, amma azərbaycanlı alim bu qərara təmkin etmədi və paltarlarını çıxartmadı. İran hakimiyyəti bundan qəzəblənərək bunun üçün Əzimi Qədimi 91 gün həbs cəzası verdi. Beynəlxalq Əfv Təşkilatı 2005-ci ildə və 4 may 2006 və 27 oktıyabr 2006-cı il tarixlərində 3 ayrı-ayrı bəyanatla Əbduləziz Əzimi Qədimin dərhal azad edilməsini İran dövlətindən istəmişdi. Bu tarixlərdə milli və siyasi fəal İran qəzetinin türklərə qarşı dərc etdiyi təhqiramiz karikatorasına etiraz etdiyi üçün həbs edilib və işkəncələrə məruz qalmışdı.