Güney Milli Hərəkatının fəalı həbs edilib
Lətif Həsənli Kərəcdə tutuqlanıb
7 Fevral 2013 12:36 Güneyİranda azərbaycanlı siyasi fəallara qarşı təqiblər davam edir. Ankarada yaşayan GAMOH fəalı Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, Fevralın 6-da İranın Kərəc şəhərində yaşayan tanınmış siyasi Fəal Lətif Həsəni günorta zamanı saat 12:00 radələrində öz şəxsi mənzilində İran dövlətinin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən tutulub və naməlum məkanda həbs edilib. Lətif həsənli təhsilini Bakı Dövlət Universitetində tamamlayıb və GAMOH təşkilatının mərkəzi komitəsinin üzvü və hazırda Yeni GAMOH təşkilatının sədri olaraq bu təşkilatın üzvləri tərəfindən seçilib. Qeyd edək ki, Lətif Həsəni 24 may 2010-cu ildə rejimin məmurları tərəfindən tutulub 220 gün müddətində agır işgəncə və təzyiqlərə məruz qaldıqdan sonra 100 miyon tümənlik mülk sənədini girov buraxaraq sərbəst buraxılmışdı. Son vaxtlar milli fəallara qarşı təzyiqlər artib. Yeni GAMOH təşkilatı mərkəzi komitəsinin üzvlərindən olan tanınmış milli və siyasi fəallardan ikisi Yürüş Mehrəlibəyli və Mahmud Fəzli də tutulub və Təbriz ETTELAAT-ının təkadamlıq kamerasında saxlanılılar.