İrana yeni sanksiyalar

Birləşmiş Ştatlar  İran Radio Televiziya Qurumunu da sanksiyalara məruz qalan şirkətlər sırasına daxil edib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İran Radio Televiziya Qurumu və onun direktoru İzzətullah Zərqami, eləcə də digər 3 təşkilata Amerikanın maliyyə sistemi ilə əlaqə qurmaq qadağan edilib. Amerikanın Maliyyə Nazirliyinin rəsmisi David Kohen İran rejiminə yönəlik sanksiyaların bundan sonra  daha da sərtləşdiriləcəyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31