Güney üçün an məsələsi
6 Fevral 2013 15:45 GüneyGüney Azerbaycan Qurtuluş Partiyası Quzey Azərbaycan KİV-inə müraciət edib. Müraciətdə deyilir: "Sayın KİV mənsubları! Bildiyiniz kimi Güney Azərbaycanda yaşayan 35 milyonluq bacı-qardaşlarınızın ən ilkin milli haqları farsçı rejim tərəfindən yox sayılır. Tehranın farsçı rejiminə görə, 35 milyonluq Güney Azərbaycan Türklərinin dilinə, kültürünə, milli kimliyinə yaşam haqqı verilməməlidir. Çünkü, 1925-ci ildə İngiltərə və Rusiya dövlətləri əlilə dövlət güçünü itirmiş bu millətin hədəfləri yenidən dövlətləşmə və bütövləşmə üzərində mərkəzləşmişdir. Bu isə, Farsçı rejimin sonu deməkdir.
Hörmətli Azərbaycan Mediası!
185 il Vətənimizin bölünməsindən və 90 il Güneydəki Türk Qacar dövlətinin çöküşündən ötür. Ancaq, belə bir acınacaqlı sürəcə baxmayaraq millətimizin yenidən birləşib qovuşması və qucaqlaşması inamı bir anlığına olsun belə sarsılmayıb. Çünkü, qanı bir, canı bir və alın yazısı bir olan "Azərbaycan Türk milləti"nin ayrılması və parçalanması fiziki olsa da, ruhsəl olaraq imkansızdır. Bu gün, Güneydə böyük bir milli kimlik davası var. Bu dava Türk davasıdır. Sınır və çoğrafi ötəsi bu davaya qatılmaq hər bir bütövçü Azərbaycan Türkünün vazkeçilməz borcu olduğu kimi, mediamızın da milli borcudur. Sözsüz ki, Güney Azərbaycan qonusu, doğma Azərbaycan KİV-inin gündəmini oluşduran çox geniş alana sahib olmalıdır. Ona görə ki, Azərbaycan davası bir bütövlük davasıdır. Bu davanın Güneyi, Quzeyi yoxdur. Bu bir millət davasıdır. Güney Azerbaycanda gedən milli mücadilənin liderliyi, heç bir zaman özünü Güneyə vəya Quzeyə bölmür. Hətta Güneydə gedən milli hərəkatın mərkəzləşmiş adı belə "Azərbaycan Milli Hərəkatı"dır. Bu isə, millətimizin birgə ruhlu, birgə milli-siyasi amaclı olduğunun danılmaz qanıtıdır. Panfaşist Farsçı rejimin 90 illik bu milli ruhu parçalamağa güçü çatmadı. Farsçı media bu illər boyunca bütün dövlət gücündən yararlanaraq milli kimliyimizə qarşı ən alçaq, çirkin və antibəşəri duzaqlara əl atdı. Hər gün daha Türkləşən və Azərbaycan Mərkəzliyinə sahibləşən Güney davası, Fars mediası tərəfindən şiddətli əks təbliğat bombardmanına məruz qaldı. Hər gün dərinləşən bu antitürk-antiazərbaycan dövlət siyasəti bu gün də bütün gücüylə sürür. "Azerbaycan Milli Hərekətı"nın haqq səsini sansorizə etmək üçün gündəlik dövlət büdcəsi ayrılır. Güneyin səsinin boğulması və bloka edilməsi üçün az qala rejimin ən üst düzeyində dərin və gizli nazirlik yaratma siqnalları səsi qulağa gəlir. Bu isə, doğma Quzey mediamızın Güneyə olan doğma görəvinin qat-qat artması gərəkliyini ortaya qoyur. Bu üzdən, Güney Azərbaycan gerçəklərinin dünya mediasına çıxması üçün doğma Azərbaycan KİV-inin çox böyük rolu vardır.
Güney Azerbaycan Qurtuluş Partiyası (GAQP), bir Türkcü, millətçi və bütövçü qurum olaraq doğma mediamızı Güneyin sivil və barışcı yöntəmlərlə mücadiləsinə dəstək olmağa deyil, ortaq olmağa çağırır. Çünkü, qardaş-qardaşa dəstək olsun deyə deyil, doğma, ortaq olmaq üçün yaranmışdır. Və son olaraq bir an qonusuna işarə etmək istərdik. Bildiyiniz kimi Güneydə milli haqların əzilməsilə bağlı ABŞ dövlətinə bir diləkcə yazılmışdır. Bu diləkcə və ya Petition "Ağ Ev"-in Petition səhifəsində yer almaqdadır.
Olay nədir?
2013-01-13-də, Amerikada (ABŞ) yaşayan Azərbaycan Türkləri tərəfindən "Obama" hakimiyyəti ünvanına bir diləkcə yazılır. Bu diləkcədə İranda yaşayan milyonlarca Türk insanının bütün toplum və insan haqlarının pozulması və yox sayılması yazılır. Həmin yazıda milli haqların rejim tərəfindən pozulmasına etiraz edənlərin tutulub və ağır işkəncələrə, zindanlara məruz qalması vurğulanır. Bu üzdən, Obama iqtidarından Güney Azərbaycanda milli və insani haqların rasistcəsinə yox sayılmasının qarşısının alınmasına yardımçı siyasət sərgiləməsi istənilir. GÜNEY konusunun ABŞ-ın siyasal gündəminə daşınması üçün yazılan Petitionuna 25,000 imza gərəkir. Bu imzalar 1 ay içində istənilən sınıra ulaşmalı, yoxsa yazılan diləkcə etgisini itirəcəkdir. Şübhəsiz ki, 25,000 imza böyük Türk toplumu üçün çox az bir rəqəm sayılır. Ancaq görünən tablo bir o qədər də ürək açan deyildir. Bunun ən böyük nədəni isə, İran adlanan ölkə gənəlində internetin qısıtlı olması ilə yanaşı həm də, Güneydə olan ağır kontrolun olmasıdır. Belə ki, hazir də, filterlənmiş Petition səhifəsinə girməyi bacaran bir çoxlarının səs vermə sürəci əngəllənir və internet İD-ləri "İttilaat" orqanları tərəfindən haqq olunur. Təbii ki, rejimin əngəl buraxması nəticəsində ən azından 10 minlərcə Güneydən olan imzanın məqsədə varması imkansız olacaq. Elə buna görə, 30 günlük sürənin bitməsinə 7 gün qala ən azından 5,000 imza gərəkir. Hal buki, imzaların 100 mini aşması amaclanırdı.
Hörmətli KİV mənsubları!
Bu durumda Sizdən daha da məsuliyyətli davranış gözlənilir. Sizdən istənilir ki, qalan bu bir həftə içində ilgili medialarda Güney Azərbaycanla bağlı aşağıdaki "Ağ Ev" WEB SITE'sini anons etməkdən qaçınmayasınız. Petition kampaniyasının uğurla başa çatması Güney üçün an məsələsidir. Bu yolda Sizin də böyük payınız olmalıdır. Biz, Sizin üzərinizə düşən milli borcunuzun yerinə yetirməsindən əminik!
Güney Azərbaycan Qurtuluş Partisi (GAQP)- Yönətim Qurulu
e_qaradagli @yahoo.se
Petition:
https://petitions.whitehouse.gov/petition/recognize-islamic-government-iran-violating-fundamental-rights-irans-azerbaijani-ethnic-minority/gR2mqw7b#thank-you=p