Güney Azərbaycanda referendum keçirilsin
Güney təşkilatları İsveçdə toplaşdı
6 Fevral 2013 15:35 Güneyİsveçin Goteborq şəhərində "Güney Azərbaycanda Referendum tələbi ilə toplantı keçirib. Bütöv Azərbaycan Ocaqlarının mətbuat əlaqələndiricisi Alpər Əlincənin "OLAYLAR"a verdiyi məlumata görə, "Mövcud durum və yeni addımlar" mövzusunda keçirilən toplantıda 9 Güney Azərbaycan təşkilatı və bir sıra milli fəal iştirak edib. Avropada yaşayan güneyli siyasi fəallar Paltak vasitəsilə toplantıya qatılıblar. Yığıncaqda Güney Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli Demokratik Birliyi, Azərbaycan Öyrənci Hərəkatı, Güney Azərbaycan Milli Dirəniş Hərəkatı, Güney Azərbaycan Qurtuluş Partiyası, Güney Azərbaycan Liberal Demokrat Partiyası, Güney Azərbaycan Müstəqil Fəallar Teyfi, Dünya Azərbaycanlıların Milli Birliyi, Bütöv Azərbaycan Ocaqları təşkilatlarının nümayəndələri iştirak edib. Toplantıda Xanım Simin Səbri (BİRLİK), Eldar bəy Qaradağlı (GAQP), Babək bəy Çələbiyani (AMDT) (ABŞ- dan paltak vasitəsilə), Əmir bəy Mərdani (AZOH), Cavad Derəxti (Dünya Azərbaycanlıların Milli Birliyi), Haşim Bilgin (GALDP), Mahmud bəy Bilgin (GADP), Məhbub bəy Emrahi (Güney Azərbaycan Müstəqil Fəallar Teyfi.)(Paltak vasitəsilə), Zahir Əlisoy(BAO) çıxış ediblər. Yığıncaqda Güney zəlzələsi qurbanlarına yardım aksiyası keçirilib, Güney Azərbaycanda referendumun keçirilməsi ilə bağlı tələblər səslənib.