Yeni GAMOH fəalı ETTELAAT-a çağrılıb
Mahmud Fəzliyə işgəncə verildiyi bildirilir
4 Fevral 2013 13:04 GüneyGüney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təqiblər davam edir. Fevralın 2-də günelyli fəal Mahmud Fəzli ETTELAAT-a çağrılıb. Buna səbəb onun Yeni GAMOH təşkilatının üzvü olmasıdır. Bütöv Azərbaycan Ocaqlarından "OLAYLAR"a verilən məlumata görə, ehtimal var ki, Mahmud Fəzliyə işgəncə verilir. Qeyd edək ki, Yeni GAMOH üzvlərinin təqib olunması yeni hadisə deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31