Güney Azərbaycan Televiziyasının “Həftə sonu” proqramı formatını dəyişdi
29 Yanvar 2013 10:22 GüneyGüney Azərbaycan Televiziyasının "Həftə sonu" proqramının formatında dəyişiklik edilib. "Media forum" saytına açıqlama verən aparıcı Elxan Şahinoğlu proqrama dəvət edilən qonaqların sayının artdığını, verilişin vaxtının uzandığını bildirib: "Həftə sonu" təxminən 4 ildir efirdədir. Uzun müddət idi proqrama bir qonaq çağırır və gündəmin əsas mövzularını 30 dəqiqə ərzində müzakirə edirdik. Bu ildən formatda dəyişikliyə qərar verilib. Proqrama iki-üç qonağın dəvət olunması planlaşdırılır. Proqram isə 1 saatdan çox yayımda olacaq.Başqa bir yeniliyə görə, proqram üç hissəyə bölünəcək. Birinci hissədə qonaqlarla Güney Azərbaycan və İrana aid mövzuları, ikinci hissədə Azərbaycan dövlətinə aid problemləri, üçüncü hissədə isə beynəlxalq aləmin önəmli məsələlərini müzakirə edəcəyik"