Gündəm

Rafael Hüseynov yazdı: “QARASI ÇOX SON FOTO”

15 İyul 2019 10:42

Bilirdim ki, Azərbaycan foto sənətinin ən əvəzsiz ustalarından olan Hüseyn Hüseynzadə lap çoxdan ağır xəstədir.  Anlayırdım ki, bu acı xəbəri hər növbəti gündə eşidə bilərəm.

Afaq Gəncəli ərə gedir?

15 İyul 2019 10:38

“ATV maqazin onlarla” proqramının “Məşhurla üç dəqiqə” rubrikasının budəfəki qonağı aparıcı Afaq Gəncəli olub. O, aparıcının ünvanladığı “Həyatınızda sevgi var” sualından yayınmağa çalışıb.

İlk kompüter parolunun ixtiraçısı vəfat edib

15 İyul 2019 10:35

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib.   Massaçusets Hesablama Mərkəzinin əməkdaşı olan F.Korbato 1950-ci ildə Kaliforniya Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsini, 1956-cı ildə isə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini alıb. 1962-ci ildə dosent olan alim 1965-ci ildə professor vəzifəsinə qədər yüksəlib. 1974-1978-ci və 1983-1993-cü illərdə kompüter elmləri və mühəndislik kafedrasının müdir müavini vəzifəsində çalışıb.

Bu gün başlayır: bütün miqrantlar...

15 İyul 2019 10:32

ABŞ Miqrasiya və Sərhədi Mühafizə Qurumu (ICE) ölkədə qanunsuz şəkildə yaşayan qaçqınlara qarşı hərəkətə keçib. Təkcə bu gün 2 min qanunsuz miqrantın ifşası üçün basqın həyata keçiriləcək.

Azərbaycan Fotoqrafiya sənətində ağır itki

15 İyul 2019 10:30

Azərbaycan Fotoqrafiya sənətinə əvəzsiz itki üz verib: fotoqraf, professor Hüseyn Hüseynzadə dünyasını dəyişib. Azərbaycan Fotoqrafiya sənətində əvəzsiz xidmətləri olmuş, fotoqrafiya sənətinə azərbaycanlı fotoqraflardan öz adını yazmış fotoqraf, professor Hüseyn Hüseynzadə uzun sürən xəstəlikdən sonra bu gün vəfat etmişdir. Hüseynzadə Azərbaycan fotoqrafiyasına fotojurnalist kimi başlamış daha sonra müstəqil fotoqraf kimi calışmışdır.H.Hüseynzadə yaradıcılığı Azərbaycandan kənarlarda keçmiş SSRİ məkanında əhatə etmişdir.

“Shoelace” eksperimental sosial şəbəkəsi istifadəyə verilib

15 İyul 2019 10:25

"Google" şirkəti bu ilin aprelində fəaliyyətini dayandıran "Google+" sosial şəbəkəsi əvəzinə, "Shoelace" adlı yeni layihəni istifadəyə verib. "Area 120" eksperimental laboratoriyasının ərsəyə gətirdiyi servis kino, konsert və digər tədbirlərə getmək üçün yaxınlıqda yaşayan insanları tapmağa imkan verən hiperlokal sosial şəbəkədir.   Hazırda "Shoelace" xidmətindən yalnız Nyu-Yorkda istifadə mümkündür.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə konsert keçirilib

15 İyul 2019 10:21

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib.

Baş məşqçidə ağır xəstəlik aşkarlandı

15 İyul 2019 10:16

"Bolonya"nın 50 yaşlı baş məşqçisisi Sinişa Mihayloviçdə qan xərçəngi aşkarlanıb. Mütəxəssis xəstəliyə qalib gələcəyinə inandığını qeyd edib:

Son anda ələ keçən 557 FETÖ-çu - Böyük əməliyyat

15 İyul 2019 10:15

Türkiyə təhlükəsizlik qüvvələrinin əməliyyat tədbirlər nəticəsində 3 il ərzində 15 iyul çevriliş cəhdindən sonra ölkəni tərk etməyə çalışan 557 nəfər sərhəddə yaxalanıb.

Fotoqraf Nurlan Tahirlinin Tibilisidə sərgisi baş tutacaq

15 İyul 2019 10:14

Azərbaycan Fotoqrafları Birliyinin üzvü, bir çox yerli və beynəlxalq müsabiqələrinin laureatı Nurlan Tahirlinin Gürcüstanda sərgisi təşkil olunacaq.

Azərbaycanın Əməkdar artisti ölkəmizi beynəlxalq festivalda təmsil edib

15 İyul 2019 10:08

Budapeştin tarixi saraylarından və məşhur konsert zallarından biri - “Viqadu”da (Vigado) “Klassz a Parton" beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi olub. İyulun 30-dək davam edəcək festivalda bir sıra ölkələrdən - Avstriya, İtaliya, Almaniya, İsveçrə, Slovakiya, Macarıstan, ABŞ və Türkiyədən tanınmış musiqiçilər iştirak edirlər.

Faiq Ağayev yeni imicdə -  Foto

15 İyul 2019 10:07

Xalq artisti Faiq Ağayev imicini dəyişib. Sənətçi saç stilini və saqqalının görünüşünə əl gəzdirib.

İyulun 17-də Ay tutulması baş verəcək

15 İyul 2019 10:05

İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə  olacaq və saat 02:59-da başa çatacaq.

“YUĞ”un yaradıcı kollektivi qastrola yollanıb

15 İyul 2019 10:03

“YUĞ” Dövlət Teatrı Şamaxı, Quba, Xaçmaz, İsmayıllı və Abşeron rayonlarına qastrola yollanıb. Olaylar.az bildirir ki, sənət ocağının yaradıcı heyəti qastrolda repertuarda xüsusi yer tutan “Sonuncu” tamaşası ilə çıxış edəcək.

“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib

15 İyul 2019 10:01

“Google” korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komandaları dinləyirlər. Bu, “Google Assistant” kimi oxşar xidmətlərin konkret dilin aksent və nüanslarını daha yaxşı ayıra bilməsi üçün lazımdır.