Maka Boçorişvilinin ABŞ-yə dəvəti: "Münasibətlərdə yeni mərhələ başladı" ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü arzusu" partiyasının deputatı İrakli Çeişvili bəyan edib ki, ABŞ-nin dövlət katibi Marko Rubionun gürcü həmkarı Maka Boçorişvilini mühüm sammitə dəvət etməsi iki ölkə arasında münasibətlərin yenidən qurulması prosesinin çoxdan başladığını göstərir. Çeişvilinin sözlərinə görə, bu addım ABŞ-Gürcüstan əlaqələrində yeni mərhələyə keçidin rəsmi göstəricisidir və gələcəkdə rəsmi görüşlərin, sammitlərin, eləcə də qarşılıqlı əməkdaşlığın daha da artacağından xəbər verir. 

Gürcüstan rəsmisi bu dəvəti çox müsbət qiymətləndirərək, iki ölkə rəhbərliyi arasında yaxın tərəfdaşlığın davam edəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31