Gündəm

Çin koronavirusla mübarizədə Azərbaycanla təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib

28 Mart 2020 12:35

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Dövlət Müşaviri, CXR-nın Xarici işlər naziri Van İn Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova teleqram ünvanlayıb. Bu barədə Olaylar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. 

Tbilisi Azərbaycan teatrından aktyorların kütləvi işdən çıxarılmasına münasibət

28 Mart 2020 12:26

"Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında səkkizi aktyor olmaqla 11 nəfərin işdən azad edilməsi qanun çərçivəsində atılan addım olub”. Bunu  açıqlamasında teatrın bədii rəhbəri Turqay Vəlizadə bildirib.

Koronavirusa yoluxan 16 yaşlı lisey şagirdi öldü

28 Mart 2020 12:23

Çinin Uhan şəhərində meydana gələn və sürətlə yayılan yeni növ koronavirus xəstəliyinin yaşlıları və xroniki xəstəlikləri olan insanları öldürdüyü düşünülsə də, artıq gənclərdə də ölüm halları başlayıb.

Bakıda qadın qaynı tərəfindən qətlə yetirilib

28 Mart 2020 12:19

Bakıda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, martın 26-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində qətlə yetirilməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.

Norveçin radio kanallarında koronavirus haqqında Azərbaycan dilində maarifləndirici məlumatlar təqdim olunacaq

28 Mart 2020 12:16

Norveçin radio kanallarında koronavirus (COVID-19) haqqında maarifləndirici məlumatlar Oslo bələdiyyəsinin sifarişi və “CAN” təşkilatının dəstəyi ilə müxtəlif dillərlə yanaşı, Azərbaycan dilində də səsləndiriləcək.

Sutka ərzində Özbəkistanda 16 nəfər yeni koronavirusa yoluxub

28 Mart 2020 12:01

Özbəkistanda yeni koronavirusa (COVID-19) yoluxanların sayı 104-ə çatıb. Özbəkistan Nazirlər Kabineti yanındakı Operativ Qərargahı xəbər verir ki, Moskvadan və İstanbuldan gələnlərin və karantində olanların hesabına sutka ərzində koronavirusa yoluxanlar 104 nəfər olub.

Ermənistan millisinin üzvü koronavirusa yoluxdu

28 Mart 2020 11:58

Boks üzrə Ermənistan yığmasının üzvlərindən birində koronavirus infeksiyası aşkarlanıb. Bu barədə yerli federasiyanın rəsmi saytı xəbər yayıb.

Ekspertlər: Üç aydan sonra neft saxlamaq üçün yer qalmayacaq

28 Mart 2020 11:54

Dünya tələb olunmayan neftin saxlanılması üçün boş yerin tükənməsi ərəfəsindədir – bu, sadəcə üç aydan sonra baş verəcək.  Bu barədə bir sıra sahə ekspertləri söyləyir. 

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir

28 Mart 2020 11:52

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Britaniya kraliçası da koronaya yoluxdu

28 Mart 2020 11:41

Böyük Britaniya kraliçası II Yelizaveta yeni tip koronavirusa (COVİD-19) yoluxub. Bu barədə “UCR Nyus” məlumat yayıb.

Rusiyada yaşayan erməni professor koronavirusdan öldü

28 Mart 2020 11:39

Erməni etnik qrupundan olan qadın həkim, Rusiya vətəndaşı, professor Arpik Asratyan koronavirusa yoluxaraq ölüb. Məlumatı MK yayıb.

Nyu-Yorkda bir gündə 3 500-dən çox insan koronavirusa yoluxdu

28 Mart 2020 11:38

ABŞ-ın Nyu-York şəhərində son sutka ərzində koronavirusa yoluxanların sayı 3 585 nəfər təşkil edib, 85 nəfər isə virusdan ölüb. Bu barədə cümə günü meqapolisin meri Bill de Blazionun saytında yerləşdirilən məlumatda deyilir. Bildirilib ki, hazırda şəhərdə yoluxma hallarının sayı 26 697-yə çatıb və 450 ölüm hadisəsi qeydə alınıb.

Kənd yaşayış məntəqələrində dezinfeksiya işləri aparılır Kənd yaşayış məntəqələrində dezinfeksiya işləri aparılır

28 Mart 2020 11:26

İsmayıllıda koronavirus (COVID-19) təhlükəsinə qarşı mübarizə tədbirləri davam edir. Hazırda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə gigiyena və epidemiologiya mərkəzinin işçiləri kənd yaşayış məntəqələrində çalışırlar.

Rusiyada virusa yoluxmaqda şübhəli bilinənlərin sayı açıqlanıb

28 Mart 2020 11:23

Rusiyada 166 739 nəfər koronavirusa yoluxma şübəhəsi ilə nəzarət altında saxlanılırlar. Rusiya İstehlkçıların hüququnu müdafiə və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmət bu barədə məlumat yayıb.

İsraildə BÖYÜK TƏŞVİŞ- Minlərlə yarasa...

28 Mart 2020 11:20

İsraildə baş verən maraqlı hadisə qorxu və çaxnaşmaya səbəb olub. Ölkədə heç bir fiziki travma əlamətləri olmayan (yara, xəsarət və s.) ölü yarasa sürüləri tapılıb.