Şəhərsalma mədəniyyəti cəmiyyətin inkişafında mühüm rol oynayır- ÖZƏL
18:36 Sənaye"Azərbaycanda müasir şəhərsalma və memarlıq siyasətinin möhkəm təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hər bir xalqın tərəqqisi onun yaratdığı yaşayış məkanlarında öz əksini tapır". "Olaylar" xəbər verir ki, bunu YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev deyib:
"Şəhərsalma mədəniyyəti cəmiyyətin inkişafında mühüm rol oynayır. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə şəhərlərin planlı inkişafını, tarixi-mədəni irsin qorunmasını, yeni yaşayış məntəqələrinin salınmasını və sosial infrastrukturun genişləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu strateji inkişaf kursu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir".