Gündəm
Soyuqdəymə zamanı BUNLARI İÇMƏYİN - Əks halda...
Şamaxı Astrofizika Rəsədxanası BƏYANAT yayımladı
Şamaxı Astrofizika Rəsədxanası haqqında İqor Kosyagin və Sergey Mironov adı AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında İqor Kosyagin və Sergey Mironov adı altında naməlum, qondarma “şəxslər” tərəfindən Rəsədxana haqqında yayılan, həqiqəti əks etdirməyən məlumatlarla əlaqədar mətbuat konfransı keçirilib.
Şimali Kiprdə koronavirusdan ilk ölüm qeydə alınıb
Şimali Kipr Türk Cümhuriyyətində yeni koronavirusdan (COVİD-19) ilk ölüm qeydə alınıb. Levkoşa Dövlət xəstəxanasında müalicə alan 67 yaşlı alman turist virusdan ölüb.
Koronavirusa görə parklarda skamyalar yığışdırıldı
Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. Buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilərn tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır.
Böyük Britaniyanın 2-ci böyük hava limanı morq kimi fəaliyyət göstərəcək
Böyük Britaniya hökuməti koronavirus (COVID-19) infeksiyasının ölüm hallarının sürətlə artırdığını nəzərə alaraq ölkənin 2-ci böyük hava limanı sayılan Birminqham aeroportunu 12 min meyit tutumu olan müvəqqəti morqa çevirəcək.
Türkiyənin İranla sərhəd bölgəsi karantinə alınıb
Türkiyənin Van vilayətində İranla sərhəd Caldıran rayonundakı Han məhəlləsi karantinə alınıb.
Azərbaycan şahmatçıları tələb edir: "Rəcəbovu İddiaçılar Turnirinə qaytarın"
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç peşəkar şahmatçılar və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb. Üçqat Avropa çempionları məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İddiaçılar Turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib.
İtaliyada koronavirusdan 46 həkim ölüb
İtaliyada koronavirusa yoluxanları müalicə edən 46 həkim ölüb. Məlumatı “Haberturk” yayıb. Bildirilib ki, martın 28-i səhər saatlarınadək İtaliyada pandemiyadan 9 min 134 nəfər ölüb, virusa 66 min 414 nəfər yoluxub.
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırdı
COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
İsraildə koronavirusa yoluxanların sayı 3 460 nəfərə çatıb
İsraildə təsdiqlənmiş COVID-19 diaqnozu olan xəstələrin sayı 3 460-a çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin son məlumatına görə, yoluxanlardan 50-nin vəziyyəti ağırdır. 12 nəfər ölüb, 89 nəfər sağalıb. 469 şəxs xəstəxanalarda, 1 828 nəfər evdə müalicə olunur, 484 nəfər hotellərdən yaradılmış xüsusi mərkəzlərdə həkimlərin nəzarəti altındadır.
Sabah hava necə olacaq?
Martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Olaylar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.
Şəkiyə də giriş-çıxış məhdudlaşdırıldı
Azərbaycanda koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Şəki rayonunda genişmiqyaslı tədbirlər davam etdirilir.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı
Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub. Bu günə kimi Fonda 91 442 445 manat vəsait köçürülüb. İanə köçürən şəxslər arasında 1115 hüquqi, 2641 fiziki şəxs var.
“Könüllü DOST”lardan tənha yaşlılara əsl dost dəstəyi
“Könüllü DOST”lar indiki şəraitdə tənha yaşlılarımıza əsl dost dəstəyi göstərməkdədirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Olaylar”a bildirilib ki, yaşı 65-dən yuxarı tənha vətəndaşların evlərində sosial məişət xidmətləri ilə təmin olunması işlərində onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri ilə birgə fəaliyyətdədirlər.
Bakı metrosunda yeni iş vaxtının tətbiqinə hazırlıq işləri həyata keçirilib
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın “Koronavirusla bağlı əlavə tədbirlər haqqında” 2020-ci il martın 27-də yaydığı məlumatda Bakı metropoliteninin yeni iş rejiminin müəyyən edildiyi də bildirilir. Məlumatda qeyd olunub ki, 2020-ci il mart ayının 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.













.jpg)
.jpg)