Ermənistan millisinin üzvü koronavirusa yoluxdu

Boks üzrə Ermənistan yığmasının üzvlərindən birində koronavirus infeksiyası aşkarlanıb. Bu barədə yerli federasiyanın rəsmi saytı xəbər yayıb.

Boks üzrə Ermənistan yığmasının üzvlərindən birində koronavirus infeksiyası aşkarlanıb.

Bu barədə yerli federasiyanın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, hələlik adı açıqlanmayan boksçu virusa Böyük Britaniyanın paytaxtı Londonda Avropa Olimpiya Təsnifat Turniri zamanı yoluxub.

Qeyd edək ki, Azərbaycan boksçularının da iştirak etdiyi sözügedən turnir məhz koronavirus səbəbindən dayandırılıb. Report 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31