Rusiyada yaşayan erməni professor koronavirusdan öldü
Erməni etnik qrupundan olan qadın həkim, Rusiya vətəndaşı, professor Arpik Asratyan koronavirusa yoluxaraq ölüb. Məlumatı MK yayıb.
28 Mart 2020 11:39 DünyaErməni etnik qrupundan olan qadın həkim, Rusiya vətəndaşı, professor Arpik Asratyan koronavirusa yoluxaraq ölüb.
Məlumatı MK yayıb.
Bildirilib ki, 69 yaşlı Arpik Asratyan Moskva Seçenov adına Universitetin Epidemiologiya kafedrasında professor işləyirmiş.
Martın 23-də onu yüksək temperatur və tənəffüs problemi ilə xəstəxanaya aparıblar. Orada ona koronavirus diaqnozu qoyulub. Bir neçə saat öncə qadın ölüb.
Onun son zamanlar xarici ölkəyə səfər etmədiyi bildirilir.
Qeyd edək ki, A.Asratyan tibb elmləri doktoru idi və hepatit virusunun müalicəsi üzrə Rusiyanın məşhur mütəxəssisi sayılırmış. Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31