Gündəm

Türkiyə 48 İŞİD üzvünü axtarışa verdi

11 İyul 2016 16:54

Türkiyənin Daxili İşlər Nazirliyi axtarışa verilmiş İŞİD üzvlərinin siyahısını yeniləyib. “Habertürk” xəbər verir ki, yenilənmiş siyahıda ümumilikdə 48 İŞİD üzvünün anketi var. Axtarılan şəxslər arasında əcnəbi ölkə vətəndaşları, eləcə də Azərbaycan vətəndaşı olan Ülkər Məmmədova da var.

Şuranın dəstəyilə Azərbaycan çempionatı keçiriləcək

11 İyul 2016 16:51

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “2016 Rio-de-Janeyro paralimpiya oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıyaq” layihəsi çərçivəsində pouerliftinq idman növü üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycanda cinayət törədənlərin yaş həddi

11 İyul 2016 16:49

Azərbaycanda cinayət törədənlər daha çox yaşı 30 və ondan yuxarı olan şəxslərdir.

Rusiya Gürcüstana silah satışını bərpa etdi

11 İyul 2016 16:47

Rusiyanın “Kalaşnikov” konserni 2006-cı ildə tətbiq edilmiş qadağadan sonra Gürcüstana mülki silahların tədarükünü bərpa edib.

“Lavrovun regiona növbəti səfəri o demekdir ki,...”

11 İyul 2016 16:18

Son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivliyin müşahidə olunması ondan xəbər verir ki, Azərbaycan Qarabağ münaqişəsinin bundan sonra arxa plana düşməsinə imkan verməyəcək və bununla bağlı müəyyən işlər görülür.

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası keçirilir

11 İyul 2016 16:15

İstanbulda YUNESKO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası öz işinə başlayıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, sessiyada ölkəmizi Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin baş məsləhətçisi Təranə Qəmbərova, milli ekspert, memar Rizvan Bayramov, həmçinin Azərbaycan Respublikasının YUNESKO üzrə Mili Komissiyasının birinci katibi Gülnarə Ağalarova təmsil edir.

770 min manat sahiblərinə çatdırıldı

11 İyul 2016 16:14

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində işəgötürənlər tərəfindən 769774 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.

Qəbələdə yeməkxana yanıb

11 İyul 2016 16:13

Qəbələ rayonu, Dizaxlı kəndində vətəndaşa məxsus yeməkxanada yanğın baş verib.

Millət vəkili: "Lavrov müəyyən təkliflərlə gəlir"

11 İyul 2016 16:10

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı həm ikitərəfli münasibətlərin çoxlu tərəflərinə, həm də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həlli məsələsinə dair geniş müzakirələrin keçiriləcəyi şəksizdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. 

“Prezident müşavirədə mühüm məqamlara toxundu"

11 İyul 2016 16:09

“Ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında görüləcək işlərlə bağlı mühüm məqamlara toxunub. Belə ki, Dövlət başçısı ölkədə sənayenin inkişafı, kənd təsərrüfatında müəyyən artımın olması, ərzaq təhlükəsizliyinin təmin olunmasının planlarını açıqladı”. Bunu SİA-ya Milli Məclisin  iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov müşavirəni şərh edərkən deyib.

Deputat: "Ermənistanın NATO-dakı hiyləsi baş tutmadı"

11 İyul 2016 16:08

“Varşavada keçirilən NATO sammitində qəbul edilən yekun bəyannamədə Dağlıq Qarabağla müddəanın yer alması bir daha göstərdi ki, hərbi blok ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir”.Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib

Yol polisi reyd keçirdi: 80-dən çox sürücü cərimələndi

11 İyul 2016 16:02

Yol polisi Qax rayonunda reyd keçirib.

"Bütün "qanuni oğru"lar Rusiya xüsusi xidmət orqanlarına işləyirlər"

11 İyul 2016 16:00

Ukraynada siyasətə qoşulan və ya siyasətçilərə dəstək verən bütün güclü "qanuni oğru"lar Rusiya xüsusi xidmət orqanlarına işləyirlər.

Almaniya Çexiyanın ərazisindən 500 kv.m ala bilər

11 İyul 2016 15:58

Alman kartoqrafı Rolf Bem iddia edir ki, Almaniyanın rəsmən qeydə alınmayan sahəsi 500 kv.m daha böyükdür.

Qazaxıstandan hər il təqribən 10 min turist müalicə üçün Azərbaycana gəlir

11 İyul 2016 15:57

Qazaxıstandan gələn turistlərin 35%-i Azərbaycana müalicə məqsədilə təşrif gətirir.