Şuranın dəstəyilə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “2016 Rio-de-Janeyro paralimpiya oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıyaq” layihəsi çərçivəsində pouerliftinq idman növü üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "2016 Rio-de-Janeyro paralimpiya oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıyaq" layihəsi çərçivəsində pouerliftinq idman növü üzrə Azərbaycan çempionatı keçiriləcək. "Olaylar"
ın məlumatına görə, çempionat 17 iyul 2016-cı il tarixində saat 11:00-da Sumqayıt paralimpiya İdman Kompleksində baş tutacaq. Çempionatda Gəncə, Sumqayıt, İsmayıllı, Neftçala, Naxçıvan, Xaçmaz və Bakı şəhərlərində 6 çəki dərəcəsində 50-ə yaxın idmançı öz güclərini sınayacaq. Qaliblər kubok, medal və diplomla təltif olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00