“Lavrovun regiona növbəti səfəri o demekdir ki,...”
Son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivliyin müşahidə olunması ondan xəbər verir ki, Azərbaycan Qarabağ münaqişəsinin bundan sonra arxa plana düşməsinə imkan verməyəcək və bununla bağlı müəyyən işlər görülür.
11 İyul 2016 16:18 SosialCəbrayıl Fərzəliyev: "Masada hansısa təkliflər olacaq"
Son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivliyin müşahidə olunması ondan xəbər verir ki, Azərbaycan Qarabağ münaqişəsinin bundan sonra arxa plana düşməsinə imkan verməyəcək və bununla bağlı müəyyən işlər görülür. Bu fikirləri "OLAYLAR"-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. Onun sözlərinə görə, həmsədrlər status-kvonun dəyişilməsinin və bu istiqamətdə danışıqların aparılmasının vacibliyinin fərqindədirlər: "Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona növbəti səfəri o demekdir ki, masada hansısa təkliflər olacaq. Bu təkliflər müəyyən mənada bəllidir və özündə Madrid prinsiplərini və Kazan formulunu ehtiva edir. Çox güman ki, qarşıda Qarabağ danışıqları ilə bağlı nəticələrin konturlarını artıq müşahidə edəcəyik".