Azərbaycanda cinayət törədənlərin yaş həddi
Azərbaycanda cinayət törədənlər daha çox yaşı 30 və ondan yuxarı olan şəxslərdir.
11 İyul 2016 16:49 KriminalAzərbaycanda cinayət törədənlər daha çox yaşı 30 və ondan yuxarı olan şəxslərdir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə ötən il cinayət törətdiyi aşkar edilmiş şəxslərin sayı 16 322 nəfər olub. Cinayət törədənlərin 15194-ü kişi, 1128-i qadın olub.
Cinayət törətdiyi aşkar edilmiş şəxslərin 115 nəfəri 14-15, 362 nəfəri 16-17, 2 968 nəfəri 18-24, 2958 nəfəri 25-29 yaşlı, 9919 nəfəri isə 30 yaş və yuxarı olanlardır. Əvvəlki 5 ilin göstəricilərində də cinayətlərin daha çox yaşı 30 və yuxarı olanlar tərəfindən törədildiyi bildirilir.
2010-cu ildə ümumilikdə cinayət törətdiyi aşkarlanmış 18689 şəxsin 11613 nəfəri, 2011-ci ildə 18612 şəxsin 11261 nəfəri, 2012-ci ildə 17030 şəxsin 10049 nəfəri, 2013-cü ildə 14841 şəxsin 8540 nəfəri, 2014-cü ildə isə 15560 şəxsin 9119 nəfəri 30 yaş və daha yuxarı yaşlı olub.