Gündəm
Ayrılmaq kişilər üçün qadınlara nisbətən daha çətindir
Kişilərin ayrılmağı qadınlar qədər yaxşı bacarmadığı məlum olub. İngiltərədə ayrılıqdan əziyyət çəkən kişilərə kömək etmək üçün çalışan “sheleft.me” adlı internet saytının araşdırmaları nəticəsində qəribə həqiqət aşkara çıxıb.
"İnanıram ki, Azərbaycan xalqı referendumda bu dəyişikliklərə "hə" deyəcək"
Dövlətin idarə olunması sahəsində islahatlar daha da sürətlənəcək.
İkinci hərbi çevriliş əmri - ŞOK İDDİA
İstanbulda həbs olunan briqada generalı Haluk Şaharın həbsdən əvvəl ikinci dəfə hərbi çevrilişə cəhdlə bağlı əmr verdiyi iddia edilib.
“Şərq ailə modeli təhlükə qarşısındadır”-QHT Bakıda tədbir keçirib
Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini iyulun 22-də Bakıda keçirib. “Hərbi and” qəzetinin konfrans zalında baş tutan tədbirdə “Sağlam ailə, sağlam gələcək” mövzusu müzakirə edilib.
Fətullah Gülənin otağından türk futbolçuların imzalı köynəkləri çıxdı - VİDEO
Polis FETÖ-nün İzmirdəki ofisinə girib.
Slavyan Universitetində "təmizləmə" - İki vəzifəli şəxs işdən çıxarıldı
Bakı Slavyan Universitetində (BSU) kadr islahatları başlayıb.
Hərbi çevriliş cəhdi “sirr küpü”nün də başını yeyir?
Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinə görə prezident Ərdoğanın ən sadiq adamı hesab edilən MİT rəhbəri (Milli İstihbarat Təşkilatı) Hakan Fidan da hədəfə gəlib.
"Dağlıq Qarabağla bağlı tərəflər müəyyən nəticələrə nail olublar"
Vyana və Sankt-Peterburq danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi tərəfləri, həqiqətən də, müəyyən nəticələrə nail olublar.
Türkiyədə qatarla mikroavtobus toqquşub: 6 ölü, 15 yaralı var
Türkiyənin Manisa vilayətində sərnişin qatarı ilə mikroavtobus toqquşub.
Səlim Müslümov 5 rayonun sakinləri ilə görüşüb
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lerik rayonunda bu rayonun və Lənkəran, Astara, Yardımlı, Masallı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Rusiya XİN-in rəsmisindən azərbaycanlı və erməni jurnalistlərə ÇAĞIRIŞ: “Bezmişəm”
“Mən bəzi Azərbaycan və Ermənistan jurnalistlərinin mövqeyini anlaya bilmirəm. Siz münaqişəni həll etmək istəyirsiniz yoxsa özünüzdən xəbərlər uyduraraq vəziyyəti gərginləşdirmək istəyirsiniz? Təhlükəli məşğuliyyətdir”.
Öldürdüyü qonşularının qalıqlarını kanalizasiyaya tökdü
Sankt-Peterburqun Mədəniyyət prospektindəki yaşayış evinin kanalizasiyasında iki nəfərin qalıqlarının tapılması ilə bağlı cinayət işi qaldırılıb.
Vüqar Səfərli: "Bina ilin sonuna qədər jurnalistlərin istifadəsinə veriləcək”
“Media nümayəndələri üçün inşa olanan 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət ikinci binanın tikintisi başa çatmaq üzrədir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Əflatun Amaşov: “Dövlət mətbuatın inkişafında maraqlıdır"
“Bu gün biz demokratik azad Azərbaycanda yaşayırıq. Ölkəmizdə söz, ifadə və məlumat azadlığı yüksək səviyyədə təmin olunub”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
Musa Qasımlı: “Konstitusiyaya təklif edilən dəyişikliklər tərəqqiyə yönəlib”
“Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər göz bəbəyimiz olan müstəqil dövlətimizin bundan sonra da daim güclü olmasına xidmət edəcək”. Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.














