Gündəm
Şəffaf dartıla bilən taçpad yaradılıb
Seul universitetinin alimləri tərəfindən hazırlanmış yumşaq dartıla bilən taçpad prototipini bədəndə daşımaq mümkündür. nplus1.ru saytı yazır ki, daxiletmə qurğusunun prototipi litium xlorid əlavəsinə malik poliakrilamid gelindən ibarətdir ki, bu da nəmliyi saxlamağa kömək edir və işçi səthin elektrik keçiriciliyini təmin edir. Taçpadın künc hissələrinə zəif dəyişən cərəyan verilir və insan barmağının toxunuşu zamanı dövrə qapanır. Bu halda sensorlar taçpadın künc hissələrindəki cərəyan dəyişikliyini qeydə alır və sistem bu göstəricilərə görə barmaqdan künclərin hər birinədək olan məsafəni hesablayır. Belə yanaşma taçpadın uzunluğundan asılı olmayaraq toxunuş koordinatlarını dəqiq müəyyənləşdirməyə imkan verir.
Xəstə haqqında məlumatları kompüterə ötürən cərrahi tikiş materialı yaradılıb
ABŞ alimləri yaranı sağaltmağa kömək edən və xəstənin vəziyyəti barədə informasiyanı kompüterə translyasiya etməyə imkan verən cərrahi tikiş materialı prototipini hazırlayıblar. “ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, bu, aşağıdakı qaydada həyata keçirilib: parça lifləri sanki “kimyəvi və fiziki müşahidə” aparmağa imkan verən sensor və elektrodlarla toxunulub. Belə nanoölçülü ötürücülər qan təzyiqi, bədən temperaturu, şəkər səviyyəsi və hətta stress kimi göstəriciləri izləyə bilirlər.
Balqabaq- Qara ciyəri təmizləyir, fəaliyyətini yaxşılaşdırır
Balqabaq çox zəngin mineral tərkibə malikdir. Burada C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var. Belə zəngin tərkib balqabağı insanın müxtəlif orqan və sistemləri üçün çox faydalı edir.
Günorta yuxusu sağlamlığı qoruyur?
Kompüter proqramı hazırlayan Hubspot adlı şirkətin ofisində bir otaq yataqlarla doludur. Şirkət işçiləri bu otaqdan istədikləri qədər istifadə edə bilirlər. Hubspot şirkətinin rəhbərliyi gündüz yuxusunun işçilərə yaxşı təsir etdiyini deyirlər. İşçilərin 40%-i günorta yatmağa adət ediblər.
50 min dollara ayda dəfn mərasimi keçiriləcək
Amerika Federal Aviasiya Administrasiyasının özəl şirkətlərdən birinə Aya kosmik vasitə göndərmək üçün icazə verməsinin ardından "Moon Express” şirkəti 2017-ci ildə Aya səyahət çantası böyüklüyündə kapsul göndərməyi planlaşdırır. Azərtac xəbər verir ki, iki həftə ərzində Ayda təcrübələr həyata keçirəcək, dünyaya yüksək keyfiyyətli təsvirlər göndərəcək bu kapsulun sahibi olan şirkət, eyni zamanda, 2017-ci ildən etibarən öldükdən sonra yandırılan insanların külünü də dəfn etmək üçün Aya daşımağa başlayacaq.
Dırnaq uzatmaq üçün nə etməli? – Qulluq tövsiyələri
Dırnaqlarınıza nə qədər baxım göstərsəniz də hələ də uzanmır? Məcburən taxma dırnaqlardan istifadə etməli olursunuz? Bu yazını oxuyaraq dırnaqlarınızı təbii yollarla uzada bilərsiniz.
Gecə yesəniz yata bilməzsiniz - XƏBƏRDARLIQ
İnsanların çoxu istəmədən gec saatlarda yemək yeyəsi olur. Əslində, burada heç bir qəbahət yoxdur. Gecə yatmazdan 4 saata qədər yemək olar. Lakin burada diqqət edilməsi lazım olan məqam nə yeməkdir. Dietoloqlar bildirir ki, bir çox qidalar gecə yeyildikdə yuxunun keyfiyyətinə mənfi təsir edir. Həzmi çətin olan və uzun müddət mədə-bağırsaqda qalan qidaların yatmağa yaxın yeyilməsi bir çox sağlamlıq probleminə səbəb olur. Aile.lent.az gecə yeyilməsi məsləhət görülməyən qidaların siyahısını sizə təqdim edir.
Cazibədar dodaqlar üçün bunu edin... - Xanımlara məsləhət
Günümüzdə bir çox qadın gözəl görünmək istəyir. Gözəlliyin zirvəsinə yiyələnmək üçün cazibədar makiyaj üsullarına və sadə dodaq boyalarına üz tutanlar az deyil. Tarixin klassik və məşhur makiyajlarından biri olan pişik gözü fərqliliyi ilə diqqəti cəlb edir.
Gündə 3 fincan çay içirsinizsə...
Çay çox faydalı və müalicəvi məhsuldur. Lakin çayın həddindən artıq miqdarda qəbulu ziyanlı ola bilər.
İşığın köməyi ilə məlumatların ötürmə sürəti üzrə yeni rekorda imza atılıb
Səudiyyə Ərəbistanından olan alimlər tərəfindən nanokristaldan yaradılmış material məlumatları işıq kanalı üzrə 2 QB-dək sürətlə ötürməyə imkan verir.
Geyimə quraşdırılan “bulud” saxlanc sistemi təqdim olunub
Alabama universitetinin iki mühəndisi tərəfindən hazırlanmış prototip üç akkumulyator batareyası və sensor ekrandan ibarət bir neçə "Raspberry Pi" mikrokompüterindən ibarətdir. Yaradıcıların sözlərinə görə, ideya istifadəçinin bir neçə qurğusunu geyimə bərkidilmiş bir serverə lokal qoşmağı nəzərdə tutur ki, bu da qurğuların serverin hesablama gücündən istifadəsinə imkan verəcək. Bu halda mobil qurğular böyük hesablama gücünə ehtiyac duymayacaq və mürəkkəb işlər zamanı geyimin altında gizlədilmiş mikrokompüterlərin gücündən istifadə edəcək.
“Google” şirkəti “Android” sistemini daha mükəmməl əməliyyat sistemi ilə əvəz edəcək
“Google” korporasiyası gələcəkdə “Android” və “Chrome OS” sistemlərini əvəz edə biləcək daha mükəmməl əməliyyat sistemi üzərində işə başlayıb.
Virtual reallıq və ekzoskelet pasiyentlərin iflic olmuş ayaqlarını qismən hərəkətə gətiriblər
Braziliya, ABŞ, İsveçrə və Almaniyadan olan alimlər qrupu virtual reallıq, neyrointerfeys və avtomatlaşdırılmış ekzoskeletin köməyi ilə pasiyentlərin iflic olmuş ayaqlarını qismən hərəkətə gətiriblər.
Ceyms Uorlik: "Görüşlə bağlı avqust ayı üçün xüsusi plan yoxdur"
“ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə daim təmasdadırlar və tez-tez görüşürlər”.
Öz toyuna xüsusi mahnı hazırladı
Evlənməyə hazırlaşan müğənni Gökhan Tepe dünən sevənləri üçün konsert verib.














