Gündəm
Şahmar Mövsümov: "Dövlət Neft Fondunun gəlirləri proqnozlardan xeyli çox olacaq"
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il üçün gəlirləri proqnozlardan xeyli çox olacaq.
Deputat: “Strateji Yol Xəritəsi investisiya və rəqabət mühitini artıracaq”
“Strateji Yol Xəritəsi milli iqtisadiyyatımızın yaxın, orta və uzunmüddətli dövrdə dinamik inkişafına real zəmin yaradır”.
İran XİN-dən Şuşada məscid təmir etmək xəbərlərinə münasibət
"İran şirkətinin Şuşada məscid təmir etməsinə dair yayılan xəbərləri təsdiqləmirik". Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.
İsrailin ən zəngin iş adamı həbs edildi
İsraildə nəşr edilən "Haaretz" qəzeti İsrailin ən zəngin iş adamlarından birinin Gine şəhərində saxlanıldığını bildirib. Saxlanılan şəxs Beni Ştaynmetzdir. Agentliyin məlumatında Beni Ştaynmetzin evinin bazar ertəsi səhər saatlarında polislər tərəfindən nəzarətə götürüldüyü deyilir.
İnternet kəsildi
İstanbulun Anadolu bölgəsində Türk Telekom istifadəçilərinin interneti kəsilib. Başda Kadıköy, Pendik, Qebze və Ümraniyeylə yanaşı, internet kəsilməsi bir çox ərazilərdə müşahidə edilir. Saat 13.00-dan bu dəqiqəyə kimi internet problemi qalmaqdadır. Hadisəylə əlaqədar Türk Telekomdan açıqlama gözlənilir. Milli.az
Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq
Dövlət İmtahan Mərkəzi (DİM) hər il imtahan qaydalarına müəyyən dəyişikliklərin edilməsinin səbəblərini açıqlayıb.
Akif Çovdarovun işi üzrə zərərçəkmiş İlham Qasımovun vəkili mətbuat konfransı keçirib
“Real MTK”-nın həbsdə olan təsisçisi və rəhbəri İlham Qasımovun vəkili Səyyad Məmmədov mətbuat konfransı keçirib. Məlumata görə, vəkil bildirib ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmənin hökmünndən narazıdırlar: “İttihamı və məhkəmə hökmünü əsassız hesab edirik. İlham Qasımova qarşı cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən başlanılıb. Guya İlham Qasımov “Real MTK”-nın təsisçisi olanda Gülağa Qəmbərov İlham Qasımova tikinti işləri üçün 13 milyon 687 min manat pul verib. Sonradan iddia olundu ki, eyni məbləğli pulu guya iki nəfər İlham Qasımova verib. Bu da 27 milyon 374 min manat edir. Bu, tam əsassız iddiadır və təəssüf ki, məhkəmə də İlham Qasımovla bağlı əsasszız qərar çıxardı. Başqa bir qanunsuzluq ondan ibarətdir ki, məhkəmə vəkillərin iştirakı olmadan qərar çıxarıb”.
Türkiyədəki terror hadisələrinin xarici və daxili faktorları
“Etnik separatizm və terror Türkiyəyə təzyiq aləti olaraq hər zaman istifadə edilib və hazırda da baş verənləri yalnız bu çərçivədən qiymətləndirmək mümkündür”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyədə son günlər baş verən terror hadisələrinin səbəblər barədə danışarkən deyib.
Qərargah: Xarici bayraq altında üzən gəmilərlə mütəmadi məlumat mübadiləsi aparılır
Axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Bu barədə Axtarış-xilasetmə Qərargahından verilən məlumatda bildirilir.
2 nəfər tüstüdən zəhərlənib
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 103 m² olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə hadisə zamanı 5-ci mərtəbədə 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib. Yanğın zamanı qatı tüstülənmədən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Zaqatalada yeməkxana yanıb
Zaqatala rayonunda vətəndaşa məxsusyeməkxanada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 75 m² olan yeməkxananın tavanı 10 m² sahədə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xətaidə 5 otaqlı mənzil yanıb.
Daha 72 əmlak hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 yanvar 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca ümumilikdə 72 əmlak çıxarılıb ki, bunun 20-si səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir.
Fransa ilə Regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilib
“Azərbaycan dünyada multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınır. Azərbaycan bu gün çoxmillətli, tolerant bir ölkədir. Çox sevindirici haldır ki, bu nümunəsi ilə ölkəmiz dünyaya sülhü təbliğ edir.
Dövlət Uşaq Filarmoniyasında Yeni il konserti
20 dekabr saat 19:00-da Azərbaycan Dövlət Uşaq FilarmoniyasıAzərbaycan Dövlət Musiqili Teatrında “Yeni il”adlı konsert proqramı ilə çıxış edəcək. Gecədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Rəqs Ansamblı, Uşaq Xor Kapellası, “Şəms” uşaq xorunun çıxışları olacaq. Proqramda Azərbaycan xalq rəqsləri, həmçininbəstəkar mahnıları, eləcə də dünya ölkələrinrəqsləri və yeni ilə həsr olunmuş dillər əzbəri olan mahnılar ifa olunacaq. Biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasındanəldə etmək mümkündü.














