Gündəm

Ölkənin ən böyük bankı MÜFLİS OLDU

19 Dekabr 2016 16:37

5,65 milyard dollar sərmayə ehtiyacını qarşılaya bilməyən "PrivatBank" iflas elan edilib. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 2013-cü ilin yazında baş verən Krım hadisələrindən sonra pul vahidi qrivnanın dollar qarşısında altı dəfəyə yaxın dəyərini itirməsi Ukraynanın ən böyük bankını müflis edib.

"Rembo" Trampın təklifindən imtina edib

19 Dekabr 2016 16:35

Əfsanəvi aktyor Silvester Stallone ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın təklifini rədd edib. Amerikalı lider aktyordan Milli İncəsənət Fonduna rəhbərlik etməsini istəyib. Stallone isə bu təklifi qəbul etməyib. Təklifdən çox məmnun olduğunu deyən 70 yaşlı aktyor bildirib ki, ictimai fəaliyyətlə məşğul olmağa üstünlük verir. O: "Hesab edirəm ki, ictimai diqqəti vətənə qayıdan hərbçilərin yaşayış şəraitinə, onlara ayrılacaq maliyyə dəstəyinə yönəltməklə daha faydalı ola bilərəm", - deyib. Qafqazinfo.az

Erməni separatizminin xəstə təxəyyülü: faşistlərin kölə nəvələri

19 Dekabr 2016 16:33

Aprel döyüşlərində Ermənistan ordusunun aldığı ağır zərbə rəsmi İrəvanın psixoloji vəziyyətini elə pozub ki, hələ də reallıq hissindən uzaqdadır. Azərbaycanın bütün istiqamətlərdə dövlət olaraq əldə etdiyi nailiyyətlər bu prosesi daha da dərinləşdirməkdədir.

Bilik Fondunda "Puşkinin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin açılış mərasimi olub

19 Dekabr 2016 15:59

Azərbaycan Respublikasının Prezidentiyanında Bilik Fondunda "Puşkinin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin açılışmərasimi olub. Bilik Fondundan “Olaylar” – a verilən xəbərə əsasən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Fondun əməkdaşları, Rusiya Federasiysının A. S. Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru Yaskeviç Marina İvanovna və təhsil fakültəsinin dekanı Pavliçeva Yelena Nikolayevna, Ümumi və rus dilçiliyi kafedrasının professoru Bojenkova Natalya Aleksandrovna, rus dilinin xarici dil kimi tədrisi metodikası kafedrasının müdiri, professor Elxan Heydəroğlu Əzimov, Bakıdakı ali və orta təhsil müəssisələrinin rus dili müəllimləri, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Yeni 2017-ci ili uduş sevincləri ilə qarşılayın

19 Dekabr 2016 15:57

Artıq yeni 2017-ci ilin bayram dolu nəfəsi duyulur. Bəli, 2016-cı il tarixə çevrilməkdədir və elə insanlar var ki, bu ili uzun müddət xatırlayacaqlar. Bu il kim isə ailə qurub, kimin isə ailəsində ilk övlad dünyaya gəlib, kim isə ali məktəbə daxil olub və.... kim isə udub! Bəli, bəli. Söhbət sanballı pul udan lotereya istehlakçılarından gedir.

İsrail XİN Aleksandr Lapşinin həbsi və onun Azərbaycana ekstradisiyası ətrafındakı vəziyyəti şərh edib

19 Dekabr 2016 15:55

İsrail Xarici İşlər Nazirliyi Belarusda 40 yaşlı rusiyalı-israilli blogger Aleksandr Lapşinin həbsi və onun Azərbaycana ekstradisiyası ilə bağlı vəziyyəti şərh edib.

Sinem Kobal sessizliğini bozdu!

19 Dekabr 2016 15:46

Ekspert: "Sürücülər tıxaclara səbəb olan səhvlərə yol verirlər" 

19 Dekabr 2016 15:41

“Sürücülərin izahlı şəkildə maarifləndirilməsinə çox böyük ehtiyac var. Sürücülük vəsiqəsi almaq həmin insanın peşəkar sürücü olması demək deyil. Bilərəkdən və ya bilməyərəkdən səhvlərə yol verən çox sayda sürücülər var. Onların səhvləri isə sıxlıq və tıxaclara səbəb olur”. Bunu açıqlamasında Avtosfer.az saytının baş redaktoru, ekspert Elməddin Muradlı deyib.

Peskov: Kreml Trampın komandası ilə işləmir

19 Dekabr 2016 15:38

Rusiya hakimiyyətinin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası ilə əlaqəsi yoxdur. Məlumata görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Zorlamaya görə tutulan prezident azadlığa çıxır

19 Dekabr 2016 15:36

Zorlamaya görə 2011-ci ildə 7 il azadlıqdan məhrum olunan İsrailin keçmiş prezidenti Moşe Katsav vaxtından əvvəl azadlığa çıxacaq. 71 yaşlı Moşe Katsav bu həftə həbsxanadan buraxılmalıdır. Vəkilinin sözlərinə görə, keçmiş prezident bu xəbəri eşidəndə sevincindən ağlayıb. Zorlamaya görə məhkəmənin təyin etdiyi 7 ilin 5 ilini həbsxanada oturan Katsav özünü günahkar hesab etmədiyindən bu müddətdə həmişə vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü çalışıb.

Rusiyada müsəlman telekanalı yaradılır

19 Dekabr 2016 15:33

Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir. Məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur. O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq. R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir. Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur. Trend.az

Ağcabədidəki yeyib-içmək məclisində kütləvi zəhərlənmə

19 Dekabr 2016 15:34

Ağcabədi rayonunda qidadan zəhərlənmə faktı baş verib. Hadisə Kürdlər kəndində, kənd sakini, 1982-ci il təvəllüdlü Bayramov Pərviz Sabir oğlunun təşkil etdiyi məclisdə qeydə alınıb.

Yeni il gecəsi Bakıda atəşfəşanlıq olacaq

19 Dekabr 2016 15:32

Bakı Şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə dekabrın 31-də saat 00.00-da Milli Parkda atəşfəşanlıq təşkil edəcək.

Türkiyədə PKK-ya yardım edən 924 nəfər həbs olundu

19 Dekabr 2016 15:31

Türkiyənin 45 əyalətində aparılan anti-terror əməliyyatları nəticəsində terrorçu PKK qruplaşmasına və ona yaxın təşkilatlara yardım etməkdə və sığınacaq verməkdə şübhəli bilinən 924 nəfər həbs olunub.