Deputat: “Strateji Yol Xəritəsi investisiya və rəqabət mühitini artıracaq”

“Strateji Yol Xəritəsi milli iqtisadiyyatımızın yaxın, orta və uzunmüddətli dövrdə dinamik inkişafına real zəmin yaradır”.

"Strateji Yol Xəritəsi milli iqtisadiyyatımızın yaxın, orta və uzunmüddətli dövrdə dinamik inkişafına real zəmin yaradır". Bunu deyən millət vəkili Əsabil Qasımovun sözlərinə görə, strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir: "Fərmana əsasən, milli iqtisadiyyat perspektivi və onun 11 prioritet sektoru üzrə strateji yol xəritələrinin müəyyənləşdirilməsi Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana çıxan yeni çağırışlar və qarşıda duran prioritet vəzifələr nəzərə alınıb. Bəhs olunan Fərmanla təsdiqlənən strateji yol xəritələrində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə bütövlükdə milli iqtisadiyyatımız, onun aparıcı sektorları tamamilə yeni və daha möhkəm əsaslar üzərində inkişaf edəcək. Xüsusilə qeydt etmək istəyirəm ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanda nəzərdə tutulan tədbirlər ölkədə investisiya və rəqabət mühitini daha da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31