Fransa ilə Regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
19 Dekabr 2016 15:06 SosialAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, sənədi İqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi, Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi Bertran For imzalayıblar.Anlaşma Memorandumu iki ölkə arasında regionlararası əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə hüquqi zəmin yaradır. Sənədə əsasən, regionlararası və desentralizasiya üzrə əməkdaşlığı inkişaf etdirmək, eləcə də müvafiq sahələrdə əməkdaşlığa nəzarətin həyata keçirilməsi məqsədilə İdarəetmə Komitəsi yaradılır. İdarəetmə Komitəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri həmsədrlik edəcəkdir.İmzalanma mərasimi çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev və Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Forun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə Azərbaycan və Fransa arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin mühüm əhəmiyyəti vurğulanıb.