Gündəm

"Mənim yerimdə olsaydınız, nə edərdiniz?" - Nuray

11 Yanvar 2017 13:57

"Biz əvvəldən razı idik ki, Əvəz gəlib öz uşağını görsün. Ürəyi istəyəndə onunla söhbət etsin, vəziyyəti ilə maraqlansın". Bunu 10 yaşlı Nurayın xalası Mehriban Eldarova məlumat verib. O, atasının Nurayla görüşməsinə etiraz etmədiyini deyib.

Şimal küləkləri gəlir

11 Yanvar 2017 13:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə  Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

TRT – də bomba həyacanı

11 Yanvar 2017 13:52

Ötən gün Türkiyənin paytaxtı Ankaranın Çankaya bölgəsində bomba həyacanı yaşanılıb. Qeyd edək ki, həmin ərazidə yerləşən Türkiyənin dövlət kanalı olan TRT – nin dayanacağında bomba qoyuylduğu xəbəri yayılıb. Dərhal əraziyə polislər, partlayıcı silahlar üzrə mütəxəssislər cəlb olunublar. Polislər TRT – nin dayanacağında, orada saxlanılan maşınlarda, televiziyanın otaqlarında partlayıcı qurğu axtarıblar.

Məşhur iş adamı həbs olundu

11 Yanvar 2017 13:50

 Ötən gün Türkiyədə 42 şübhəli şəxs həbs olunub. Saxlanılan şəxslər FETO – terror qruplaşmasına maddi yardım etmək iddiası ilə həbs olunublar. Növbətçi Sülh Cəza Məhkəməsinə çıxarılan şəxslər arasında məşhur “Multinet” şirkətinin sahibləri Yusuf Ziya Gündüz və Şevkət Başevin də olduğu xəbəri yayılıb.

“Azərçay” Azexport.az portalı vasitəsi ilə ilk sifarişini alıb

11 Yanvar 2017 13:49

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan və dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını bütün dünyaya sərgiləyən Azexport.az portalına “Azerçay”-la bağlı ilk sifariş daxil olub.

Moskvada bankdan 20 milyon rubl oğurlanıb

11 Yanvar 2017 13:42

Rusiya paytaxtında bankdan külli miqdarda pul oğurlanıb. "Bulqarbank"ın paytaxt şöbələrinin birindən 20 milyon rubl (340 min ABŞ dolları) pul naməlum şəxslər tərəfindən oğurlanıb.  Bankın direktor müavini polisə müraciət edib. O, oğurluğun 31 dekabr-10 yanvar tarixləri arasında baş verdiyini bildirib.  Rusiya hüquq-mühafizə orqanları "Bulqarbank"dan 20 milyon rubl pulun oğurlandığını təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.  Bu barədə Apa.az Rusiya bürosunun yerli mətbuatına istinadən xəbər verir.

Türkiyədə 60 iş adamı FETÖ ilə əlaqədar həbs edilib

11 Yanvar 2017 13:40

Türkiyədə 60 iş adamı Fətullahçı Terror Təşkilatı (FETÖ) üçün pul topladığı və terror təşkilatını maliyyələşdirməkdə ittiham edilərək həbs olunub.

Şahid: "Maaşdan əlavə paket alırdıq - “RABİTƏ İŞİ”

11 Yanvar 2017 13:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Nazirliyin Aparatında işləmiş Arzu Nəcəfova maaşdan əlavə 100 dollar məbləğində paket aldığını deyib.  Şəfiqə Məmmədova deyib ki, nazirlikdə çap işlərini həyata keçirib. O, sabiq nazir Əli Abbasovun tapşırığı ilə işə qəbul olduğunu bildirib.  Balakən poçt filialının rəisi işləmiş İlqar Balayev isə ibtidai istintaqa ifadəsini təsdiq edib. 

Nikaha girənlərin sayı azalıb

11 Yanvar 2017 13:32

“2015-ci ilin iyulun 1-dən başlayaraq, ölkədə nikah qabağı müayinələr həyata keçirilir. 2016-cı ildə bu müayinədən 143694 nəfər keçib”.  Bunu jurnalistlərə açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Sibel Can 15 ildə 200 kiloqram arıqlayıb

11 Yanvar 2017 13:30

Müğənni Sibel Can yenidən arıqlayıb. Artıq çəkidən əziyyət çəkən müğənni yenə arıqlayıb. Tez-tez kökəlib-arıqlayan müğənni 15 ildə ümumi 200 kiloqram arıqlayıb. Bu barədə Milli.Az "Cadde"yə istinadla xəbər verir.

Yeni sürücülük vəsiqələrinin verilməsinə başlanıldı

11 Yanvar 2017 13:28

Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı "Yol hərəkəti haqqında" qanuna edilən əlavələr və dəyişikliklər artıq tətbiq olunur. Belə ki, sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər. Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

İki eşşəyin arpasını bölə bilməyənlər...

11 Yanvar 2017 13:26

"Siyasətin yeganə sirri var: o da nə zaman yalan danışmağı, nə zaman da susmağı bilməkdir".

Ərdoğanın müşaviri: "Çevriliş baş tutsaydı, prezidentin kürsüsündə o oturacaqdı"

11 Yanvar 2017 13:25

Türkiyə prezidentinin müşaviri Yalçın Topçu 15 iyul dövlət çevrilişi ilə bağlı açıqlama verib. Topçu çevriliş baş tutsaydı, Ərdoğanın kürsüsündə keşikçilər alayının komandiri Muhsin Kutsi Barışın oturacağını söyləyib. Həmin gündən bəhs edən müşavir: "Toğrul bəyə zəng etdim. Zəng çatmadı", - deyərək Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə əlaqə saxlamaq istədiyini bildirib.

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri - YENİLƏNİB

11 Yanvar 2017 13:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı. Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü. AZƏRTAC

"Kiralık aşk"ın final tarixi açıqlandı

11 Yanvar 2017 13:12

"Kiralık aşk" serialının final tarixi açıqlanıb. Sonuncu seriya yanvarın 20-də yayımlanacaq.