Nikaha girənlərin sayı azalıb

“2015-ci ilin iyulun 1-dən başlayaraq, ölkədə nikah qabağı müayinələr həyata keçirilir. 2016-cı ildə bu müayinədən 143694 nəfər keçib”.  Bunu jurnalistlərə açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

"2015-ci ilin iyulun 1-dən başlayaraq, ölkədə nikah qabağı müayinələr həyata keçirilir. 2016-cı ildə bu müayinədən 143694 nəfər keçib".  Bunu jurnalistlərə açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O bildirib ki,  müayinələrdən keçənlərdən 6449 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə siflis və 109 nəfərdə QİÇS təyin edilib.  Onun sözlərinə görə,  hər ikisində talassemiya   daşıyıcılığı olan cütlüklərin sayı 42 olub: "Ümumiyyətlə, 2015-ci ildən başlayaraq, aparılan müayinələr nəticəsində 90 cütlüyün hər ikisində  talassemiya daşıyıcılığı aşkar edilib. Həmin cütlüklərə tibbi genetik konsultasiyalar verilib, eləcə də instituta dəvət olunaraq genetik mutasiya aşkarlanıb və daha sonra isə dölyani müayinə götürülərək dölün xəstə və ya sağlam olduğu  aşkarlanıb".

Z. Əlimirzəyeva qeyd edib ki,  2016-cı ildə 19 hamilə qadın müayinə olunub, 5 uşaqda xəstəlik aşkarlandığı üçün qadınlarda hamiləliyin pozulması prosesi həyata keçirilib: "Aparılan bütün müayinə və prosedurlar dövlət hesabına həyata keçirilib.   Aparılan müayinələr özünü doğruldur".

Müayinələrdən sonra nikahdan imtina edənlərin sayının az olduğunu deyən institut direktoru  evlənənlərin sayında da azlıq müşahidə edildiyini deyib:  "Ötən il 180 min müayinə planlaşdırılsa da bu rəqəm 143694  olub".

Süni qanla bağlı məsələyə aydınlıq gətirən Z. Əlimirzəyeva söyləyib ki, süni qandan hazırda yalnız təcrübədə istifadə olunur: " Hələlik insan qanını heç ə ilə əvəz etmək mümkün deyil". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31