Gündəm

Səhiyyə Nazirliyi: Ötən il 76 min donordan 36 ton qan tədarük olunub

11 Yanvar 2017 13:07

Ötən ilin 11 ayında respublika üzrə donor sayı 76692 nəfər olub və onlardan 36,369 ton qan tədarük edilib.

Həyat yoldaşını öldürən azərbaycanlıya 14 il cəza tələb edilib

11 Yanvar 2017 13:02

Rusiyada toyundan bir həftə sonra həyat yoldaşını qətlə yetirən azərbaycanlıya prokuror 14 il həbs cəzası istəyib. Ötən ilin aprel ayında Sankt-Peterburq şəhərində həyatı yoldaşı Gülnar Həbibovanı qətlə yetirməkdə təqsirləndirilən Samir Həbibovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə dövlət ittihamçısı məhkəmədən Samir Həbibova cəzasını ciddi rejimli koloniyada çəkməklə, 14 il azadlıqdan məhrumetmə cəzası istəyib. Mərhumun ailəsi S. Həbibova qarşı 10 milyon rubl dəyərində iddia da qaldırıb. 

Polşada qanunsuz siqaret alveri ilə məşğul olan 2 Ermənistan vətəndaşı saxlanılıb

11 Yanvar 2017 12:59

Polşanın Bıqdoş şəhəri yaxınlığında qanunsuz siqaret alveri ilə məşğul olan 2 Ermənistan vətəndaşı saxlanılıb. Hadisə gömrükçülər tərəfindən pərakəndə satış obyektlərinin yoxlanılması zamanı baş verib. Saxlanılanlardan 93 min dollar dəyərində, aksiz markası olmayan 29 min qutu Belarus və Rusiya siqaretləri aşkarlanaraq müsadirə edilib. 

Lənkəranda bacısını öldürməkdə təqsirləndirilən şəxs sərbəst buraxılıb

11 Yanvar 2017 12:57

Lənkəranda 4 il əvvəl itkin düşən bacısını öldürməkdə təqsirləndirilən şəxs həbsdən buraxılıb.

Prezident İlham Əliyev: “Kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik”

11 Yanvar 2017 12:55

“Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Mən bu sahəyə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır”. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Əvvəllər 4 dəfə təcavüzə uğrayan 15 yaşlı qız yenə zorlandı

11 Yanvar 2017 12:53

Türkiyədə əvvəllər 4 dəfə təcavüzə uğrayan 15 yaşlı qız yenə zorlanıb.  Boluda 15 yaşlı Z.A. 16 yaşlı iki oğlanın təcavüzünə məruz qalıb. İddialara görə, onlar feysbukda tanış olublar. Qız əvvəllər 4 dəfə təcavüzə uğrasa da, oğlanın evinə gedib. O, oğlan və dostu tərəfindən zorlanıb. Qız onlardan polisə şikayət edib. Oğlanlar saxlanılsalar da, sərbəst buraxılıblar.

Taksilərdə vahid qiymət necə müəyyən ediləcək?

11 Yanvar 2017 12:51

"Taksi xidməti sistemində vahid qiymətlər elə müəyyən ediləcək ki, həm sürücülər, həm də sərnişinlər üçün sərfəli olsun və hər iki tərəfi razı salacaq məbləğ müəyyənləşdirilsin". Bu barədə  Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, taksi xidmətində qiymətlər baha olmayacaq:

Çaylarda sululuq səviyyəsi açıqlandı

11 Yanvar 2017 12:49

Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.

Murad Yıldırım aparıcı olacaq

11 Yanvar 2017 12:46

Türkiyə tele kanalında yayımlanan “Kim milyonçu olmaq istəyir?” verlişinin aparıcısı Kenan İşığın səhhətində yaranan problemdən sonra kanal verlişin aparıçılığını aktyor Səlçuk Yöntəmə həvalə etmişdi.

Sənqəçalda təmir-bərpa işlərinə başlanılıb

11 Yanvar 2017 12:45

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilmiş, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.

Təhsil naziri Çin səfirini qəbul edib

11 Yanvar 2017 12:41

Təhsil naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanı qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Ölkədə 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır

11 Yanvar 2017 12:39

Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır.

Azərbaycandakı tolerantlıq və multikultural mühit bütün İslam dünyasına transfer edilə bilər

11 Yanvar 2017 12:33

“İslam aləmində ən vacib amil həmrəylikdir. Radikal islam adı altında həyata keçirilən təxribatlar, terrorların qarşısını almaq üçün İslam həmrəyliyinin çox böyük əhəmiyyəti var”. Bunu politoloq Arzu Nağıyev deyib.

"Ötən il Azərbaycan mətbuatı ordumuz qədər uğur qazandı" 

11 Yanvar 2017 12:30

“2016-cı il mətbuatımızın kifayət qədər uğurları olub”. Bunu Mətbuat Şurasının sədri Müşfiq Ələsgərli deyib.

2016 –cı il il Rusiya-ABŞ toqquşması ilə xarakterizə olunur

11 Yanvar 2017 12:28

“Suriya tənzimlənməsində Rusiya Federasiyası vəziyyətə nəzarəti tam əlinə keçirdi. Rusiya ABŞ-ı sıxışdırıb çıxardı. Hələbin terrorçulardan azad olması tənzimlənmədə yeni mərhələdir. Rusiya və Türkiyənin təqdim etdiyi layihə BMT TŞ-də yekdilliklə qəbul edildi. Bu ilk dəfədir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.