Çaylarda sululuq səviyyəsi açıqlandı
Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.
11 Yanvar 2017 12:49 SosialÖtən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.
Yanvarın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 41 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.
Yanvarın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunub. Belə ki, Şirvanda və Salyanda 2 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb, Kür çayının Surra məntəqəsində və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 460 sm (2016-cı il yanvarın 09-da 458 sm), Şirvanda 341 sm (2016-cı il yanvarın 09-da 353 sm), Salyanda 303 sm (2016-cı il yanvarın 09-da 307 sm), Bankədə 233 sm (2016-cı il yanvarın 09-da 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 181 sm (2016-cı il yanvarın 09-da 183 sm) təşkil edir. Milli.az
|
№ |
Çay |
Hara tökülür (hansı sahildən) |
Uzunluğu,km |
Su toplayıcı sahəsi, kv.km |
Yüksəklik vəziyyəti, m |
|
|
mənbə |
mənsəb |
|||||
|
1 |
Kür çayı |
Xəzər dənizi |
1515 |
188000 |
2740 |
-27 |
|
2 |
Qanıx(Alazan) |
Mingəçevir su anbarı |
413 |
16920 |
2560 |
75 |
|
3 |
Qabırrı(İori) |
Mingəçevir su anbarı |
389 |
4840 |
2560 |
51 |
|
4 |
Xrami |
Kür çayı (sağ) |
220 |
8340 |
2422 |
255 |
|
5 |
Ağstafaçay |
Kür çayı (sağ) |
133 |
2586 |
3000 |
210 |
|
6 |
Kürəkçay |
Kür çayı (sağ) |
126 |
2080 |
3100 |
18 |
|
7 |
Araz |
Kür çayı (sağ) |
1072 |
102000 |
2990 |
-11 |
|
8 |
Arpaçay |
Araz (sol) |
126 |
2630 |
2985 |
780 |
|
9 |
Həkəriçay |
Araz (sol) |
128 |
5540 |
3080 |
268 |
|
10 |
Samur |
Xəzər dənizi |
216 |
4430 |
3600 |
-27 |
|
11 |
Pirsaat |
Xəzər dənizi |
199 |
2280 |
2400 |
-11 |
|
12 |
Bolqarçay |
Mahmudçala gölü |
168 |
2170 |
1710 |
-17 |