Gündəm
ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar
Bir qrup ABŞ senatoru Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar. Bu barədə Vaşinqtonda mətbuat konfransında senator Ben Kardin bildirib.
"Valensiya"da yeni baş məşqçi
"Valencia"nı mövsümün sonuna kimi Voro Qonzalez çalışdıracaq. Rəhbərlik 53 yaşlı mütəxəssisin vəziyyəti düzəldəcəyinə ümid edir. Voro 2015-ci ilin noyabrında Qari Nevillin istefasından sonra bir müddət "yarasalar"a rəhbərlik etmişdi. Qeyd edək ki, dekabrın son günündə Çezare Prandelli "Valencia"nın baş məşqçisi postunu tərk etmişdi. Goal.az
Aİ Azərbaycana qrant ayıracaq
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi qrantların ayrılması üçün ölkənin kənd ərazilərinin inkişafı üzrə təşəbbüslərlə əlaqədar ərizə qəbulu elan edib.
Zal Yusifov 2 milyonluq şantajı açıqladı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən vəzifəli şəxslərinin cinayət işləri üzrə araşdırmalar yeni cinayətləri ortaya çıxarır. MTN qurbanı olan qurumlardan birinin də "Texnika Bank" olduğu, demək olar ki, artıq hər kəsə məlumdur. İstintaq isə bu prosesin detallarını aşkara çıxarıb. Bu epizod üzrə MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyev və onun şöbə rəisi Vüsal Ələkbərov cinayət məsuliyyətinə cəlb edilib. M.Şıxəliyev azadlıqda olsa da, V.Ələkbərov həbs edilib. Sonradan isə onların cinayət işləri ayrıca icraata götürülüb.
Türkiyə qırıcıları Suriyada 11 İŞİD-çini məhv etdi
Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərində terrorçuların mövqelərinə zərbə endirməkdə davam edir.
Kamera və Orqan Musiqisi yanvar ayında
Azərbaycan Dövlət Filarmoniyası Kamera və Orqan Musiqi zalının 2017-ci il yanvar ayı üçün olan repertuarını “Olaylar”a təqdim etdi
Yanvar ayı Filarmoniyada...
Azərbaycan Dövlət Filarmoniyası 2017 – ci il yanvar ayı üçün olan repertuarını “Olaylar” – a təqdim edib.
“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün,sabah”
2017-ci ilin 25-27 yanvar tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətovaadına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) birgə təşkilatçılığı ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək.
"Türk Hava Yolları" bu dəfə 100-dən artıq reysi təxirə saldı
"Türk Hava Yolları" (THY) İstanbul aeroportlarında 113 daxili və xarici reysi təxirə salıb. Reyslərin təxirə salınmasının səbəbi əlverişsiz, qarlı hava şəraiti ilə bağlıdır.
Obama vida çıxışı zamanı kövrəldi - VİDEO - FOTOlar
Amerikanın prezidenti Barak Obama Çikaqo şəhərində vida çıxışı edib. Yanvar ayının 20-də yerini Donald Trampa verməyə hazırlaşan Obama vida çıxışını siyasətə başladığı və "məmləkətim" deyə xitab etdiyi Çikaqoda edib. Obama çıxışı zamanı kövrəlib. O, 8 illik prezident olduğu müddət ərzində başda iqtisadiyyat olmaqla, bir çox sahələrdə uğurlu işlər gördüyünü söyləyib. Çıxışında xarici siyasətlə bağlı məsələlərə az şərh verən Obama Suriyadakı vətəndaş müharibəsi ilə bağlı fikir söyləməyib. O, Orta Şərq ilə əlaqədar məsələlərə də münasibət bildirməyib. Bu barədə Milli.az "Daily Mail"ə istinadla xəbər verir.
ADU-nun adı nüfuzlu reytinq siyahısında
Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) təşkilatı Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin universitetlərinin 2016-cı ilin ikinci yarımili üçün reytinqini açıqlayıb. Siyahıda ilk üç yeri M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Novosibirsk Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti bölüşür. Sevindirici haldır ki, ölkəmizin bir neçə universitetinin də adının düşdüyü reytinq siyahısında Azərbaycan Dillər Universitetinin (ADU) də adı öz əksini tapıb. ADU siyahıda 121-130-cu pillələrdə qərarlaşıb.
Azərbaycanda 929 əcnəbi qanunsuz yaşayır
"Son beş il ərzində 68 min 270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib. 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib”.
Uşaqlar cismani cəzadan qanunla qorunacaq
Azərbaycan Ombudsman Aparatı Milli Məclisə (MM) “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbulunu təklif edib. Bu barədə Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.
2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi çox məntiqli addımdır
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi çox düzgün, zərurətdən doğan və yalnız islam dünyasında yox, bütün dünyada böyük əks-səda yaradacaq bir addımdır.
Andiçmə mərasiminə 200 milyon dollar xərclənəcək
ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcəyi gözlənilir.













