Gündəm
Paytaxtın daha iki küçəsində təmir yekunlaşıb
Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.
Fransada soydaşımızın adını daşıyan beynəlxalq müsabiqə keçiriləcək
May ayının 15-dən 19-dək Fransa və İsveçrədə soydaşımız Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Festivalı keçiriləcək.
AŞPA-da müzakirə ediləcək məsələlər müəyyənləşib
Yanvarın 23-27-i tarixlərində keçiriləcək Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında müzakirə ediləcək və ilkin gündəlikdə yer alan əsas məsələlər müəyyənləşdirilib.
Azərbaycan kimi ölkələrdə səfirləri dəyişdirməyə Trampın ehtiyacı yoxdur
Birləşmiş Ştatların yeni prezidenti Donald Trampın keçid komandasının dekabrın 23-də göndərdiyi bildirişdə Barak Obama administrasiyası dövründə təyin olunmuş bütün səfirlərin yanvarın 20-də geri çağırılacağı deyilir.
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 12-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub.
Politoloq: “Avropa siyasi mühiti Ermənistanı rədd etdi"
“2016 –cı il Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın diplomatik və hərbi aktivliyin tarixi maksimuma çatması, Ermənistanın təslimçilik əhval-ruhiyyəsi ilə xarakterizə olunur”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki,Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.
Ölkədə biznes mühitinin formalaşması və sahibkarlığın inkişafına tam hüquqi baza yaradılıb
“Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi 2016-cı il dərin islahatlar ili oldu. Artıq ölkədə biznes mühitinin formalaşması və sahibkarlığın inkişafına tam hüquqi baza yaradılıb”.
Paytaxtda sex yanıb
Bakıda yerləşən radiator təmir sexdə yanğın baş verib. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət radiator təmir sexi 10 m2 sahədə və sexin ətrafında 5 m2 sahədə taxta tullantıları yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
FHN Səngəçalda baş vermiş yanğınla bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonu, Səngəçal qəsəbəsində magistral qaz kəmərində baş verən partlayışla bağlı açıqlama yayıb. “Olaylar” xəbər verir ki, FHN-in saytında yer alan məlumatda deyilir: “Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları – Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. SOCAR-ın mütəxəssisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb”.
Deputatlarımız Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərə qatılacaqlar
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər ediblər. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyəti İran İslam Respublikasının sabiq Prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edəcək. Səfər yanvarın 12-də başa çatacaq.














