AŞPA-da müzakirə ediləcək məsələlər müəyyənləşib

Yanvarın 23-27-i tarixlərində keçiriləcək Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında müzakirə ediləcək və ilkin gündəlikdə yer alan əsas məsələlər müəyyənləşdirilib.

Yanvarın 23-27-i tarixlərində keçiriləcək Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında müzakirə ediləcək və ilkin gündəlikdə yer alan əsas məsələlər müəyyənləşdirilib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyəti sədrinin müavini, millət vəkili Vüsal Hüseynov verib. Bildirib ki, iclasda Ukraynadakı demokratik institutların fəaliyyəti, Livandakı vəziyyət və regional sabitlik və Avropada təhlükəsizlik çağırışları, Qəzzadakı humanitar böhrana dair müzakirələr aparılacaq. Həmçinin Avropada jurnalistlərə və mətbuat azadlığına olan təhdidlər, online media və jurnalist fəaliyyətində hesabatlılıq və çağırışlar, kiber ayrıseçkilik və onlayn resurslarda nifrət çıxışlarının dayandırılması zərurəti məsələləri də gündəliyə daxil edilib: "Həmçinin Türkiyədə demokratik təsisatların fəaliyyəti və Suriyada vəziyyət və onun qonşu ölkələr üzrə təsiri mövzusu müzakirə edilə bilər. Sessiyada Kipr və Rumıniyanın prezidentləri, Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqlar üzrə Avropa Komissarı, Kiprin xarici işlər naziri çıxışlar edəcək, Avropa Şurasının Baş katibi fəaliyyəti barədə məruzə təqdim edəcək. Assambleya həmçinin ölkələr üzrə öz montorinq mexanizmlərinin inkişafı məsələlərinə diqqət yetirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31