17 gün əvvəl özünü binadan atan qız xəstəxanada ölüb
11 Yanvar 2017 10:29 ProblemBakıda 17 gün əvvəl intihara cəhd edən qız xəstəxanada ölüb. Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, ötən il dekabrın 25-də Yeni Günəşli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nərminə Firuddin qızı Paşayeva yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. Xəstəxanaya yerləşdirilən N Paşayeva ötən gün orada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31