Gündəm
Azərbaycan prezidenti Naxçıvanda əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevyanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib.
Manatın məzənnəsini sabit saxlamaq mümkün olacaqmı?
Manatın məzənnəsi yenə də gündəmdədir. Belə ki, həyata keçirilən pul-kredit siyasətinə baxmayaraq milli valyutanın məzənnəsı tez-tez dəyişməkdə davam edir. Məlum olduğu kimi manatın məzənnəsinin sabit saxlanması məqsədilə Dövlət Neft Fondu 2017-ci il üçün makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka 7.5 milyard manat transfer edib.
Azərbaycan tarixini kimlər təhrif edir?
İllərlədir ki, Azərbaycan tarixinin təhrif olunması halları müşahidə olunur. Belə hallar Azərbaycanı istəməyən qüvvələr, xüsusən də əbədi və əzəli Azərbaycana düşmən kəsilmiş mənfur ermənilər tərəfindən həyata keçirilir. Nə yazıqlar ki, bilərkdən, yaxud bilməyərəkdən bu siyasətə rəvac verən, erməni “dəyirmanına su tökən” daxili satqınlarımız day yox deyil.
Azərbaycanın xarici siyasətdəki uğurları davam edir
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır.
Türkiyə və Rusiya Qərbin hədəfində
Hələ də Rusiya-Türkiyə yaxınlaşması ilə barışmaq istəməyən Qərb müxtəlif vasitələrlə Ankara-Moskva münasibətlərinə növbəti bir zərbə vurmağa çalışır. Rusiyanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə buna nail olacağını düşünən Qərb hesab edirdi ki, məlum təyyarə qəzasından sonra çətinliklə də olsa düzələn ikitərəfli münasibətlərə səfirin öldürülməsi ciddi təsir göstərəcək. Hətta Kremlin Ankaraya qarşı savaş açacağı da proqnozlaşdırılırdı. Çünki tarixə nəzərə salsaq görərik ki, ölkələr arasında qarşıdurma və müharibələrə səbəb olan amillərdən biri də məhz diplomatların qətlə yetirilməsi olub. Ona görə də Qərb Andrey Karlovu qətlə yetirməklə Türkiyə-Rusiya münasibətlərini pozmaq məqsədilə əlində olan son kartını da istifadə etdi. Lakin gözlənilənlərin tam əksinə olaraq Kreml diplomatının qətlə yetirilməsini soyuqqanlı qarşıladı. Daha dəqiq desək Rusiya da başa düşdü ki, Andrey Karlovun qətlə yetirilməsində Ankaranın heç bir suçu yoxdur. Yegnaə suçlu olan tərəf onun Türkiyə ilə münasibətlərinə zərbə vurmağa çalışan Qərb və digər beynəlxalq güclərdir. Çünki Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi nəticəsində şimal qonşumuzu düşmüş olduğu ağır böhran vəziyyətindən məhz Türkiyə çıxarmışdı. Ona görə də necə olursa-olsun Ankara-Moskva yaxınlaşmasına zərbə vurmaq lazım idi.
Azərbaycan bütün parametrlər üzrə Ermənistanı üstələyir
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ problemi və onun həlli istiqamətində aparılan danışıqlar prosesi. eləcə hazırda mövcud olan vəziyyətə də toxunub.
Zəngəzur- Azərbaycanın unudulmaz qan yaddaşı
Ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilmiş bəlalar, kütləvi qırğınlar, talanlar və soyqırımı siyasəti barədə yalnız ötən əsrin 80-ci illərinin sonundan və 90-cı illərin əvvəllərindən açıqlamalar verilməyə başlanıldı. 70 illik yasaqdan sonra müstəqillik dövründə aparılan tədqiqatlar və araşdırmalar göstərir ki, tariximizin öyrənilməmiş səhifələrinin tədqiqi indi çox mühüm əhəmiyyət kəsb edir. Son illərə qədər isə bir çox faktlar, o cümlədən Bakı kommunasının fəaliyyəti səhv təlqin edilib, Zəngəzur qəzasının igid oğulları Sultan bəy və Xosrov bəy qardaşları barəsində heç bir tədqiqat aparılmayıb. Bu günlərdə Zəngəzurun Azərbaycana qaytarılması barədə məsələnin gündəmə gəlməsi bu mövzunu yenidən aktuallaşdırıb və Zəngəzurda böyüyüb, boya-başa çatmış, bu yurdun müdafiəsi uğrunda mücadilə göstərmiş qəhrəman oğullarımızın bir daha xatırlanmasına vəsilə olub.
Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, eləcə də orada müvafiq dövlət qurumlarının rəhbərlərinin çıxışlarından aydın oldu ki, keçən il də ölkəmiz üçün uğurlu olub.
Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib. Apa.az
Naxçıvanda FHN-in zabit və gizirləri üçün inşa edilmiş yaşayış binası istifadəyə verilib
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib.
"Azadlığ"ın qiyməti 175 min avrodur? - Pul davası
Azərbaycan müxalifətindəki situasiyanın izafi şərhə və ya təhlilə artıq ehtiyac qalmayıb. Vəziyyət radikal müxalifətçilərin and-amanlarına, vədlərinə və şüarlarına rəğmən, çox pisdir. Hətta bərbaddır.
Respublika fənn olimpiadalarına start verilir
Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə start veriləcək. “OLAYLAR”-ın xəbərinə görə, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.
Erməni rəsmiləri, Azərbaycan hərbiçisinin meyiti üzərində psixoloji siyasət aparırlar
Ermənistanın ötən ilin sonunda Tavuş rayonu Çinarlı kəndi istiqamətindəki təxribatı KTMT-ni münqişəyə cəlb etmək məqsədi daşıyırdı. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
Meteorit Yer kürəsindən azca aralı keçdi
Amerikalı astroloqlar diametri 30 metr olan meteoritin Yer kürəsinin Ayla məsafəsinin yarısı qədər uzaqlıqdan keçdiyini aşkarlayıblar.
İzmirdəki silahlı hücuma görə TAK məsuliyyəti öz üzərinə götürdü
Yanvarın 5-də İzmirdə baş verən bombalı hücuma görə TAK (Kürdistan Azadlıq Şahinləri) qruplaşması məsuliyyəti öz üzərinə götürüb. İzmirdə məhkəmə binası qarşısında silah və bomba yüklü avtomobillə təşkil olunan, polis Fethi Sekin ilə ədliyyə işçisi Musa Canın şəhid olduğu, 2 terrorçunun öldürüldüyü hücuma görə PKK-nın qolu TAK məsuliyyəti öz üzərinə götürüb. Bu barədə Milli.Az "Hürriyet"ə istinadla xəbər verir.














